Tenqri
Ana Səhifə
Dünya

Gənc nəslin uğurları və azərbaycançılıq məfkurəsinin təntənəsi

Azərbaycanın hazırda müstəqillik və milli dövlətçilik yolu ilə qətiyyətlə irəliləməsində azərbaycançılıq ideologiyasının, bu ideologiyada cəmləşən dəyərlərin və keyfiyyətlərin misilsiz rolu vardır. Hələ XX əsrin əvvəllərindən ilk işartıları görünməyə başlayan azərbaycançılıq ideologiyası ötən yüzill

0 baxış525.az
Gənc nəslin uğurları və azərbaycançılıq məfkurəsinin təntənəsi
Paylaş:

Azərbaycanın hazırda müstəqillik və milli dövlətçilik yolu ilə qətiyyətlə irəliləməsində azərbaycançılıq ideologiyasının, bu ideologiyada cəmləşən dəyərlərin və keyfiyyətlərin misilsiz rolu vardır. Hələ XX əsrin əvvəllərindən ilk işartıları görünməyə başlayan azərbaycançılıq ideologiyası ötən yüzilliyin 70-ci illərindən etibarən uğurla inkişaf edərək, müasir dövrdə özünün çox yüksək mərhələsinə çatıb. Bu ideologiyanın tam formalaşaraq rəsmi status alması və təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrindəki soydaşlarımız, eləcə də xalqımıza, dövlətimizə rəğbət bəsləyən hər kəs arasında yayılması məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır Xalqımızın keçdiyi zəngin tarixi yolun ən uğurlu, mütərəqqi və seçmələrini yaxşı nümunə kimi qəbul etmək və onları davam etdirməklə daimi yaşatmaq və onları gələcək nəsilə ötürmək hamımızın borcudur. Azərbaycanın milli-mənəvi dəyərlərini, xüsusilə mütərəqqi milli adət və ənənələrini ümumbəşəri ideyalarla birləşdirərək, onların vəhdətindən faydalanmaq vacibdir Ana dilinə hədsiz sevgi, bəşəri dəyərlərə dərin hörmət də azərbaycançılıq məfkurəsinin qarşıya qoyduğu əsas tələblərdən biridir Hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənclərimiz bu ideologiyanın düzgün təbliğinə və onun geniş yayılmasına birinci növbədə özündən başlamalıdır. Həmin ideologiyanı xarici dövlətlərdə inkişaf etdirməyin şərti isə milli diasporumuzun vətən, xalq naminə daha sıx və güclü təşkilatlanması ilə mümkündür. Bu, dünyanın ayrı-ayrı ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlını səfərbər edərək vahid ideya ətrafında sıx birləşdirmək deməkdir. Ümummilli liderimiz Heydər Əliyev dəfələrlə hər bir Azərbaycan vətəndaşını bu ideya ətrafında sıx birləşməyə çağırmışdır. Məhz onun dərin mənalı və çox təsirli nitqləri ilə ölkə və dünya azərbaycanlıları birləşməyə, azərbaycançılıq ideologiyası ətrafında birləşməyə dəvət edilmişdir Azərbaycanlı olması ilə daim qürur duyduğunu bildirən Ulu öndərimiz azərbaycançılıq məfkurəsi, milli mənsubiyyət haqqında fikirlərini böyük qətiyyətlə ifadə edirdi. Onun bu kəlamları dillər əzbərinə çevrilib: "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" Ulu öndər Azərbaycanın milli dövlətçilik düşüncəsini respublikaya birinci rəhbərliyi dövründə, yəni hələ keçən əsrin 70-ci illərindən formalaşdırmağa başlamışdı. Hələ keçmiş SSRİ zamanında azərbaycançılıq məfkurəsi ideyasının təbliği və həyata vəsiqə alması üçün yaranmış fürsətlərdən çətin də olsa istifadə etmək milli məsələ kimi olduqca vacib idi. Bunlara ən əsası Azərbaycan dilinin dövlət dili kimi geniş işlədilməsi, respublikada ilk hərbi təmayüllü liseyin açılması, Azərbaycanda orta təhsil almış tələbələrin keçmiş SSRİ-nin nüfuzlu və qabaqcıl texniki və hərbi ali məktəblərinə ali təhsil almağa göndərilməsi və bu sahəyə respublikamızın rəhbərliyi tərəfindən xüsusi dövlət dəstəyinin verilməsi, ölkəmiz üçün milli mülki və hərbi kadrların hazırlanması, eləcə də bu kimi digər vacib məsələlər daxil idi Hələ keçmiş SSRİ vaxtı həmin ümdə məsələlərin uğurla həlli respublikamız müstəqillik qazanandan sonra milli dövlətin qurulmasında və möhkəmləndirilməsində öz yüksək təsirini göstərdi. Bütün bunlar hamısı Ulu öndərimizin azərbaycançılıq ideyalarına xidmət edən müdrik və uzaqgörən siyasi xəttinin uğurlu nəticəsi idi Azərbaycançılıq məfkurəsinin rəhbər tutulması dünya siyasətindən məlumatlı, ana dili ilə yanaşı, xarici dilləri də bilən, elmi-texniki bilik və bacarıqlara yiyələnən savadlı gənc kadrların, fəal gənclərin dövlət idarəetmə orqanlarına işə cəlb edilməsinə geniş yollar açdı. Dövlət aparatında, idarəçilik sahəsində, orduda dərin bilikli və yüksək bacarıqlı gənclərin sayı ildən-ilə artdı Azərbaycançılıq ideyası xüsusilə gəncliyin milli özünüdərkindən, gənclərin milli oyanışından başlayır. Bunun üçün hər bir azərbaycanlı ailəsində valideynlər, məktəbdə müəllimlər, cəmiyyətdə geniş ictimaiyyət və başqa qüvvələr yeniyetmə və gənclərimizin milli hissiyyatını mükəmməl formalaşdırmağa, onların azərbaycançılıq ideyasına sadiq yetişməsinə yorulmadan çalışmalıdırlar. Bu yöndəki fəaliyyətdə mütləq nəzərə alınmalıdır ki, Ulu öndərimiz hər zaman azərbaycançılıq ideologiyasının, xüsusən, gələcəyin əsas aparıcı qüvvəsi olan gənclər arasında daha çox təbliğini və yayılmasını vacib sayır və bunu tövsiyə edirdi. Dahi rəhbər gənclərin milli əqidədə, yəni bəşəri ideyalardan da əvvəl, ən əsası, azərbaycançılıq ideologiyası təməlində yetişməsinə böyük əhəmiyyət verirdi Azərbaycançılıq məfkurəsinin gənclər arasında düzgün və vaxtında təbliği, onun daha da geniş yayılması gənclərimizin bu ideya ətrafında sıx birləşməsinin xeyli dərəcədə təmin olunması deməkdir. Həmin dövrdə gənclərin bu ideyanın tələblərinə uyğun formalaşması və həyata hazırlanması milli dövlətçiliyimizin möhkəmlənməsi və iqtisadi inkişafı baxımından böyük siyasi əhəmiyyət kəsb edir. Ölkəmizdə elm və texnikanın sürətli inkişafı, iqtisadiyyatın və digər sahələrin yüksək tərəqqisi, ordumuzun daha da güclənməsi məhz azərbaycançılıq ideologiyası ilə formalaşmış gənclərimizin zəkasından, bacarığından asılıdır Azərbaycançılıq məfkurəsi xalqımızın tarixi ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə əlverişli zəmin yaradır. Bu isə gəncliyin də həmin dəyərləri sevərək qoruması, gələcəyə daşıması baxımından zəruridir. Bu gün azərbaycançılıq məfkurəsi bütün ölkə vətəndaşlarından, o cümlədən, gənclərdən dilimizə, mədəniyyətimizə, xalqımızın canına-qanına hopmuş mütərəqqi tarixi adət və ənənələrimizə dərin hörmət və tükənməz sevgi tələb edir. Bu sahədə gənclərimizin üzərinə xüsusi məsuliyyət düşür. Bəzi gənclərimiz mənəviyyatımıza, əxlaqımıza zidd olan vərdişlərə, müxtəlif şit, zərərli davranışlara meyillənsələr də, inamla deyə bilərik ki, gəncliyimizin əksər hissəsi bu neqativ hallardan uzaqdır Milli dövlətçiliyimizə və dövlət rəmzlərimizə hörmət etmək, lazım gəldiyi halda onları qorumaq məhz azərbaycançılıq təməlində yetişmiş gənclərimizin müqəddəs bildikləri vəzifələrdir Ulu öndərimizin azərbaycançılıq ideyası və gəncliyin bu təməldə formalaşması xəttini Prezident İlham Əliyev böyük uğurla davam etdirir. Cənab İlham Əliyev də bütün fəaliyyəti ərzində ölkə gəncliyinin bu ali məfkurəyə sıx bağlı olmasına, milli düşüncəyə söykənərək inkişaf etməsinə müstəsna əhəmiyyət verib. Bu mükəmməl ideya-siyasi xətt xüsusilə Vətən Müharibəsində, torpaqlarımızın işğaldan tam təmizlənməsi uğrunda mübarizədə özünü parlaq şəkildə təsdiqlədi. Bu müqəddəs amal naminə döyüşlərdə azərbaycançılıq ideologiyası ilə, milli ruhla yetişmiş ölkə gəncliyi heyrətamiz igidliklər və fədakarlıqlar nümayiş etdirdi. Ölkəmizin rəhbəri öz çıxışlarında bu məqamı sonsuz iftixar hissi ilə vurğulayır Əminliklə qeyd edilməlidir ki, torpaqlarımızın düşməndən azad olunması uğrunda mübarizədə azərbaycançılıq məfkurəsi özünün cəmiyyətə, əsasən də gənc nəslə möhtəşəm təsirini aydın şəkildə göstərdi. Ərazi bütövlüyümüzün təmin olunmasına yol açan Böyük Zəfərimizin təməlindəki azərbaycançılıq məfkurəsi indi də öz bəhrələrini o əzəli yurd yerlərimizin bərpası prosesində, nəhəng quruculuq işlərində göstərməkdədir. O ərazilərdə aparılan abadlıq işlərində azərbaycançılıq ideologiyasında tərbiyə alaraq formalaşmış Azərbaycan gəncliyi yenə də ön sıralardadır

Kaynak: 525.az

Diğer Haberler