Tenqri
Ana Səhifə
Dünya

Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində fəaliyyət göstərən Gəncə Dövlət Aqrar Kollecində (GDAK) ilk məzun buraxılışı keçirilib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiq

0 baxışazertag.az
Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub
Paylaş:

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində fəaliyyət göstərən Gəncə Dövlət Aqrar Kollecində (GDAK) ilk məzun buraxılışı keçirilib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib Tədbirdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov məzunları əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı təhsil müəssisəsinin tarixində mühüm mərhələdir. Onun sözlərinə görə, hazırda kollecdə 500-ə yaxın tələbə təhsil alır və bu il ilk dəfə olaraq 134 nəfər tələbə məzun adını qazanır. Zəfər Qurbanov qeyd edib ki, aqrar sahənin inkişafı üçün peşəkar və ixtisaslı kadrlara ehtiyac ildən-ilə artır. Bu baxımdan Gəncə Dövlət Aqrar Kollecinin əsas məqsədi əmək bazarının tələblərinə cavab verən, müasir bilik və bacarıqlara malik mütəxəssislər hazırlamaqdır. Rektor vurğulayıb ki, ADAU rəhbərliyi tərəfindən kollecin maddi-texniki bazasının gücləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi və tələbələrin praktik biliklərinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında kollecin fəaliyyətinin regionda peşə və aqrar təhsilin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Şəhər rəhbəri məzunların əldə etdikləri bilik və bacarıqları ölkənin kənd təsərrüfatı sektorunun inkişafına yönəldəcəklərinə əminliyini ifadə edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb Daha sonra çıxış edən Türkiyənin Gəncə şəhərindəki baş konsulu Recep Öztop Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini deyib. Baş konsul aqrar təhsilin strateji əhəmiyyət daşıdığını vurğulayaraq, məzunların peşəkar kadr kimi formalaşmasında müəllimlərin və ailələrin rolunu yüksək qiymətləndirib. O, məzunlara gələcək həyatlarında uğurlar arzulayıb, onların ölkələrinin inkişafına layiqli töhfələr verəcəklərinə inandığını bildirib Tədbir bədii hissə və məzunlara diplomların təqdim olunması mərasimi ilə davam edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler