Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
Avropa İttifaqına üzv dövlətlərin diplomatları “Avropa Şəhərciyi-2026” tədbiri çərçivəsində Gəncə şəhərinə səfər ediblər AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin ilk günündə gənclər arasında bilik yarışı keçirilib. Tədbirdə çıxış edənlər Avropa İttifaqı (Aİ), onun dəyərləri və fəaliyyəti, o

Avropa İttifaqına üzv dövlətlərin diplomatları “Avropa Şəhərciyi-2026” tədbiri çərçivəsində Gəncə şəhərinə səfər ediblər AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin ilk günündə gənclər arasında bilik yarışı keçirilib. Tədbirdə çıxış edənlər Avropa İttifaqı (Aİ), onun dəyərləri və fəaliyyəti, o cümlədən Azərbaycanla 30 illik əməkdaşlığı və tərəfdaşlığı barədə məlumat veriblər Sonra xarici qonaqlar, qədim Gəncənin tarixi, gəzməli və görməli yerləri ilə tanış olublar Media üçün keçirilən brifinqdə bildirib ki, Avropa İttifaqının flaqman tədbiri olan “Avropa Şəhərciyi-2026”-nın keçirilməsi məqsədilə, Avropa İttifaqı Nümayəndəliyi ilə yanaşı, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya, İspaniya və İsveç kimi ölkələrin səfirləri Gəncə şəhərindədirlər Qeyd edək ki, “Avropa İttifaqı ilə Azərbaycan arasında 30 illik tərəfdaşlıq” mövzusunda keçirilən “Avropa Şəhərciyi - 2026” tədbirinin rəsmi açılışı sabah saat 12:00-da şəhərin baş meydanında olacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


