Gəmiyə hücum zamanı yaralanan azərbaycanlıların sayı artdı
Azov dənizində Palau bayrağı altında üzən gəmiyə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının sayı dördə çatıb Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan daha bir nəfər - gəminin bosmanı Rəşad Mədətxanov Yeysk Şəhər Mərkəzi X

Azov dənizində Palau bayrağı altında üzən gəmiyə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının sayı dördə çatıb Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan daha bir nəfər - gəminin bosmanı Rəşad Mədətxanov Yeysk Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib Hazırda o, digər yaralılar Samid İbadzadə, Emin Valehov və Namiq Cəfərli ilə birlikdə eyni palatada müalicə alır Məlumata görə, yaralılar yenidən həkim müayinəsindən keçirilib. Emin Valehovun sağ qulağında problemlərin yarandığı bildirilir. Namiq Cəfərlinin hər iki qulağında eşitmə ilə bağlı narahatlıq olduğu qeyd olunub. Rəşad Mədətxanovun isə baş nahiyəsindən xəsarət aldığı açıqlanıb Hüquq-mühafizə orqanlarının nümayəndələri də yaralılarla görüşərək onların ifadələrini alıblar. Dindirilmə zamanı zərbənin bəzi təfərrüatları məlum olub Yaralıların sözlərinə görə, gəminin böyük mexaniki Qismət Əliyev pilotsuz uçuş aparatının zərbəsi nəticəsində ağır yanıq xəsarətləri alıb və həyatını itirib Gəminin kapitanı Fuad Orucovun isə hücum zamanı ayağının sındığı və ağır yaralandığı bildirilir. Məlumata görə, ona xilasedici jilet geyindirildikdən sonra suya endirilib. Yaralıların ifadəsinə əsasən, Fuad Orucov da hadisə nəticəsində həlak olub. (APA) Azovda həlak olan azərbaycanlıların yaxınları nələr danışdı? - Video Sadıq Sadıqov vəfat etdi Gəmidə həlak olan azərbaycanlı ailənin tək oğlu imiş - Foto Badamdarda 100 kvadratmetr ərazi yandı Bakıxanovda yaşayış binasında yanğın - Yeniləndi Arktika ikiqat sürətlə isinməyə davam edir: Təhlükə siqnalı verildi Azovda həlak olan azərbaycanlıların yaxınları nələr danışdı? - Video Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir Onlar vəzifədən azad edildilər - Sərəncam Bakıxanovda yaşayış binasında yanğın - Yeniləndi Azərbaycanla sülh sazişini imzalayacağıq, amma... - Köçəryandan sensasion iddia İlham Əliyev sərəncam imzaladı Türkiyə Fransa və Rusiyanı sıxışdırır - Ankaradan səssiz və strateji gediş Azərbaycanlıların öldüyü gəmini onlar vurub


