Tenqri
Ana Səhifə
Dünya

Gəmiçilik tarixinin ən böyük gəmisi - “Seawice Giant” tankeri

Gəmiçiliyin tarixi qədim Misirdə başlayaraq inkişaf edib günümüzə qədər gəlib çıxıb. Qədim və Orta əsrlərdə istifadə olunan avarlı gəmilər, elm və texnologiyanın inkişafı ilə əlaqədar olaraq həcmi və sürəti ilə çox fərqlənirlər. Dövrümüzdə gəmilər yalnız sərnişin və yükləri deyil, eyni zamanda, neft

0 baxışazertag.az
Gəmiçilik tarixinin ən böyük gəmisi - “Seawice Giant” tankeri
Paylaş:

Gəmiçiliyin tarixi qədim Misirdə başlayaraq inkişaf edib günümüzə qədər gəlib çıxıb. Qədim və Orta əsrlərdə istifadə olunan avarlı gəmilər, elm və texnologiyanın inkişafı ilə əlaqədar olaraq həcmi və sürəti ilə çox fərqlənirlər. Dövrümüzdə gəmilər yalnız sərnişin və yükləri deyil, eyni zamanda, neft-qazı da daşıyır ki, bunun üçün də xüsusi gəmi-tankerlər istehsal olunur AZƏRTAC xəbər verir ki, tanker istehsalında bu günə kimi “Seawice Giant” kimi super tanker olmayıb Hazırda o dünyanın ən böyük neftdaşıyan tankeri hesab edilir. Bu tankerin uzunluğu 458, eni isə 69 metrdir. Yüksüz vəziyyətdə onun ağırlığı 82 min tondur, 575 min ton yükdaşıma imkanına malikdir və tam olaraq dolu vəziyyətdə ağırlığı 657 min tondur “Seawice Giant” tankeri 1979-cu ildə Yaponiyada istehsal olunub və mühərrikinin həcmi 50 min at gücündədir. Tankerin yanacaq çənləri 16 min 500 ton mazut tutur və daxili generatorların çalışması üçün isə əlavə 800 tonluq dizel çənləri var. Açıq dənizdə hərəkət edərkən bu tanker günə 200 ton yanacaq sərf edir və saatda maksimim 30,6 sürətlə hərəkət edə bilir Maraqlı cəhəti ondan ibarətdir tankerin limana yaxınlaşarkən dayanma məsafəsi 9 kilometrdir. “Seawice Giant” neftlə dolu halda limana 9 kilometr məsafə qalanda bütün mühərrikləri söndürür. Onun yükünün ağırlığı uzun məsafəlik ətalət sürəti yaradır və tanker onu hərəkətə gətirən bütün mexanizmlərin söndürüldüyü halda 9 bəzən isə 11 kilometr yol qət edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler