Bakıda Qlobal Cənub QHT Platforması beynəlxalq həmrəylik mərkəzinə çevrilir - rəsmi
BAKI, Azərbaycan, 14 may. Bakıda təşəbbüsü ilə yaradılmış Qlobal Cənub QHT Platforması bir il ərzində coğrafi və siyasi ayrılıqları aşan beynəlxalq həmrəylik platformasına çevrilib, Qeyri-Hökumət Təşkilatlarına Dəstək Agentliyinin Direktorlar Şurasının sədri, WUF13 Təşkilat Komitəsinin üzvü, Aygün Ə

BAKI, Azərbaycan, 14 may. Bakıda təşəbbüsü ilə yaradılmış Qlobal Cənub QHT Platforması bir il ərzində coğrafi və siyasi ayrılıqları aşan beynəlxalq həmrəylik platformasına çevrilib, Qeyri-Hökumət Təşkilatlarına Dəstək Agentliyinin Direktorlar Şurasının sədri, WUF13 Təşkilat Komitəsinin üzvü, Aygün Əliyeva deyib O, bu sözləri “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində keçirilən Qlobal Cənub QHT Platformasının 1-ci Baş Assambleyasında çıxışı zamanı deyib Onun sözlərinə görə, Bakıda keçirilən görüş ortaq iradənin, qarşılıqlı etimadın və Qlobal Cənubun artan səsinin canlı təcəssümünü əks etdirir. O, Azərbaycanın tarixən Qlobal Cənub ölkələri arasında körpü rolunu oynadığını və Bakının bu rolu beynəlxalq dialoq və əməkdaşlıq mərkəzi kimi davam etdirdiyini vurğulayıb Əliyeva əlavə edib ki, qarşıdan gələn WUF13 çərçivəsində ilk dəfə olaraq BMT-Habitat təşkilatının dəstəyi ilə Qlobal Cənubdan olan QHT-lərin vahid pavilyonu yaradılıb və ayrıca sərgi sahəsi ayrılıb "Daha bir mühüm yenilik mayın 19-da keçiriləcək QHT Forumu olacaq. WUF13 tarixində ilk dəfə təşkil olunan bu forum urbanizasiya və davamlı inkişaf məsələlərində qlobal tərəfdaş kimi vətəndaş cəmiyyətinin rolunu gücləndirməyə kömək edəcək", - o, yekunlaşdırıb


