Göldə batanlar azyaşlı uşaqlar imiş
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Bəhranbağ qəsəbəsi ərazisində azyaşlıların süni göldə batması barədə məlumat daxil olub Nazirliyin Mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Bəhranbağ qəsəbəsi ərazisində azyaşlıların süni göldə batması barədə məlumat daxil olub Nazirliyin Mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub Dalğıclar tərəfindən 2017-ci il təvəllüdlü Həsənov Ramil Rövşən oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib Göldə batan digər azyaşlı, 2016-cı il təvəllüdlü Nəsibov Yusif Sərxan oğlunun da meyiti tapılıb Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır Göygöl rayonunda 2 nəfər göldə batıb Modern.az xəbər verir ki, 2 nəfərin göldə çimən zaman batdığı bildirilir Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib Hazırda axtarışlar davam etdirilir. (APA)


