Tenqri
Ana Səhifə
Dünya

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Qlobal aerokosmik sənayenin nəbzinin vurduğu, Avropanın aparıcı innovasiya platforması hesab olunan “ILA Berlin 2026” Beynəlxalq Aviasiya və Kosmos Sərgisi iyunun 10-da Berlin-Brandenburq Hava Limanında (BER) qapılarını növbəti dəfə dünyaya açıb AZƏRTAC xəbər verir ki, beş gün ərzində mülki aviasiy

0 baxışazertag.az
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
Paylaş:

Qlobal aerokosmik sənayenin nəbzinin vurduğu, Avropanın aparıcı innovasiya platforması hesab olunan “ILA Berlin 2026” Beynəlxalq Aviasiya və Kosmos Sərgisi iyunun 10-da Berlin-Brandenburq Hava Limanında (BER) qapılarını növbəti dəfə dünyaya açıb AZƏRTAC xəbər verir ki, beş gün ərzində mülki aviasiya, kosmik tədqiqatlar və müdafiə sənayesinin ən son nailiyyətlərinin təqdim olunduğu bu mötəbər sərgi təkcə kommersiya uğurlarını deyil, həm də qlobal təhlükəsizlik, dayanıqlılıq və texnoloji müstəqilliyin gələcək xəritəsini müəyyənləşdirən mühüm platformadır “ILA Berlin 2026” sərgisinin strateji əhəmiyyəti onun açılışında və iştirakçıların statusunda özünü qabarıq şəkildə büruzə verir. Belə ki, tədbirin rəsmi açılış mərasimində Almaniya Kansleri Fridrix Mers iştirak edib. Mərasimdə, həmçinin Brandenburq əyalətinin Baş naziri Ditmar Voydke, Almaniyanın müdafiə naziri Boris Pistorius, iqtisadiyyat və enerji naziri Katerina Rayxe, nəqliyyat naziri Patrik Şnayder, tədqiqat, texnologiya və kosmos naziri Dorote Ber iştirak ediblər. Avropa Komissiyasının sərginin strateji tərəfdaşı kimi çıxış etməsi isə Avropanın bu sahədə qlobal liderliyini möhkəmləndirmək niyyətindən xəbər verir Builki tədbir miqyasına görə rekord müəyyən edib. Burada 37 ölkədən 750-dən çox iştirakçı öz texnologiyalarını nümayiş etdirir. Dünyanın 60-dan çox ölkəsindən 330-dək hərbi və siyasi nümayəndə heyətinin, həmçinin 100 minə yaxın mütəxəssis və ziyarətçinin iştirakı “ILA Berlin”in beynəlxalq arenadakı çəkisini bir daha sübut edir Ziyarətçilərin profili: Satınalma gücü və yüksək menecment “ILA Berlin”i digər sərgilərdən fərqləndirən əsas amillərdən biri onun biznes effektivliyidir. Statistik məlumatlara əsasən, sərgiyə gələn hər üç peşəkar ziyarətçidən ikisi birbaşa satınalmalar barədə qərar vermək səlahiyyətinə malik şəxslərdir. Ziyarətçilərin strukturuna nəzər saldıqda, onların 24 faizini şirkətlərin top-menecerləri və idarə heyəti üzvləri, 56 faizini isə müxtəlif səviyyəli rəhbər şəxslər təşkil edir. Bu isə o deməkdir ki, burada nümayiş etdirilən məhsullar birbaşa real müqavilələrə və tərəfdaşlıqlara yol açır. Sənaye sektorları üzrə isə kommersiya aviasiyası (25,4 faiz), müdafiə sektoru (14,6 faiz) və dövlət strukturları (13 faiz) əsas pay sahibidir Səmada və yerdə texnologiya şousu: Təqdimatlar və yeniliklər Sərginin ən cəlbedici hissəsi şübhəsiz ki, statik və uçuş nümayişləridir. BER hava limanının meydanında həm mülki, həm də hərbi təyinatlı 100-ə yaxın hava gəmisi sıralanıb. Bu il bir neçə mühüm təqdimat və premyeranın keçirilməsi planlaşdırılır Almaniya Silahlı Qüvvələrinin (Bundever) yeni pilotsuz uçuş aparatı – “German Heron TP” ilk dəfə olaraq bu sərgidə uçuş nümayişi keçirir və havadan çəkdiyi yüksəkdəqiqlikli görüntüləri canlı olaraq sərgi ərazisindəki nəhəng monitorlara ötürür. Digər mühüm premyera isə “Leonardo” şirkətinin “AW249” müasir döyüş helikopteridir. Bununla yanaşı, sərgidə “Boeing” şirkətinin “P-8A Poseidon” dəniz kəşfiyyat təyyarəsi, “Airbus Beluga” nəhəng yük təyyarəsi, dünyanın ən böyük sərnişin təyyarəsi olan “Emirates Airbus A380” və “Lufthansa”nın 100 illik xüsusi rəng dizaynı ilə bəzədilmiş “Airbus A320neo” hava gəmisi ziyarətçilərin böyük marağına səbəb olub Gələcəyə baxış: Dronlar, startaplar və kadr potensialı Builki sərgidə əsas yeniliklərdən biri ilk dəfə yaradılan dron pavilyonu və xüsusi qəfəs sahəsidir. Burada pilotsuz uçuş sistemlərinin mülki aviasiya, logistika və müdafiə sahəsindəki tətbiqləri canlı testlərlə nümayiş etdirilir. Həmçinin “Start-up Hub” vasitəsilə gənc texnologiya şirkətləri süni intellekt və avtonom sistemlərə dair innovativ həllərini birbaşa böyük investorlara təqdim etmək imkanı qazanıblar. Sərginin digər mühüm platforması isə 3500-dən çox gənc istedadı və mühəndisi aviasiya nəhəngləri ilə birləşdirən, gələcəyin pilotlarının yetişdirilməsinə xüsusi diqqət ayıran “Talent Hub” karyera mərkəzidir Qeyd edək ki, “ILA Berlin” dünyada ən qədim aviasiya sərgisi hesab olunur. Onun tarixi 1909-cu ildən, ilk dəfə Frankfurtda təşkil olunan beynəlxalq hava gəmiləri sərgisindən başlayır. Əsrdən çox müddətdə Zeppelin dirijabllarından tutmuş bu günün süni intellektli dronlarına və kosmik gəmilərinə qədər aviasiya erasının bütün inkişaf mərhələlərinə şahidlik edən bu platforma zamanla qlobal sənayenin əsas innovasiya mərkəzinə çevrilib. İki ildən bir keçirilən bu tarixi sərgi keçmişin zəngin ənənələrini gələcəyin kosmik texnologiyaları ilə birləşdirir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler