Orta Dəhlizin inkişafında Azərbaycanın rolu mövzusunda Türkiyənin UND rəhbəri
Azərbaycan nəqliyyat infrastrukturuna irimiqyaslı investisiyalar sayəsində Orta Dəhlizin inkişafında əsas rol oynayır və marşrutun Xəzər dənizi hissəsində mərkəzi mövqe tutur Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Nəqliyyat və Logistika Forumunda Türkiyə Beynəlxa

Azərbaycan nəqliyyat infrastrukturuna irimiqyaslı investisiyalar sayəsində Orta Dəhlizin inkişafında əsas rol oynayır və marşrutun Xəzər dənizi hissəsində mərkəzi mövqe tutur Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Nəqliyyat və Logistika Forumunda Türkiyə Beynəlxalq Daşıyıcılar Birliyinin (UND) baş direktoru Alper Özel deyib Onun sözlərinə görə, Orta Dəhliz bu gün artıq alternativ nəqliyyat marşrutu deyil, Avropa və Asiya arasında dayanıqlı təchizat zəncirlərini təmin etmək üçün strateji zərurətə çevrilib Özəl qeyd edib ki, Azərbaycan dəhlizin inkişafı istiqamətində çox iş görüb, Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, dəmir yolu infrastrukturuna, nəqliyyat əlaqəsinə və Ələtdə azad iqtisadi zonaya sərmayə qoyub “Xəzər dənizi Orta Dəhlizinin “ürəyi”dir və Azərbaycan bu prosesin tam mərkəzindədir”, - deyə o vurğulayıb Türk assosiasiyasının rəhbəri qeyd edib ki, Avropa İttifaqı tədarük zəncirlərinin dayanıqlığının gücləndirilməsi və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi siyasətinin tərkib hissəsi kimi Orta Dəhlizə artan maraq göstərir Onun sözlərinə görə, Türkiyə Avropaya gedən marşrutun “qapısı”dır və dəhlizin gələcək inkişafı Azərbaycan və Türkiyənin nəqliyyat təşkilatları, logistika şirkətləri və ixtisaslaşmış strukturları arasında daha sıx əməkdaşlıq tələb edir Özəl həmçinin mövcud darboğazların aradan qaldırılması və logistika proseslərinin səmərəliliyinin artırılmasının vacibliyinə diqqət çəkib. Onun fikrincə, yük üçün gözləmə müddətinin azaldılması və daşımaların daha da rəqəmsallaşdırılması marşrutun rəqabət qabiliyyətinin artmasına töhfə verəcək O, Orta Dəhlizinin dünyada ən etibarlı və dayanıqlı nəqliyyat marşrutlarından birinə çevrilmək potensialına malik olduğuna əminliyini ifadə edib Qeyd edək ki, forum TransLogistica Caspian 2026 sərgisi çərçivəsində keçirilir və dövlət qurumlarının, beynəlxalq təşkilatların və nəqliyyat-logistika sektorunun aparıcı şirkətlərinin nümayəndələrini bir araya gətirir Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


