Azərbaycanın xarici işlər naziri Ferqus Auld ilə vidalaşıb - FOTO
Xarici işlər naziri Ceyhun Bayramov bu gün Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Audu ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib Xarici İşlər Nazirliyindən Caliber.Az-a verilən məlumata görə, görüşdə Ceyhun Bayramov Azərbaycan-Böyük Britaniya əlaqələrinin ink

Xarici işlər naziri Ceyhun Bayramov bu gün Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Audu ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib Xarici İşlər Nazirliyindən Caliber.Az-a verilən məlumata görə, görüşdə Ceyhun Bayramov Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişafından məmnunluq ifadə edib və bu istiqamətdə göstərdiyi səylərə görə səfirə minnətdarlığını bildirib Tərəflər Azərbaycan ilə Böyük Britaniya arasında müxtəlif sahələrdə əməkdaşlığın hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini ətraflı müzakirə ediblər. Əsas müzakirə mövzuları arasında siyasi dialoq, iqtisadiyyat, enerji təhlükəsizliyi, yaşıl enerji, ticarət, investisiya, təhsil, humanitar sahə və regional təhlükəsizlik məsələləri olub. Bakı ilə London arasında dialoqun, qarşılıqlı səfərlərin və təmasların, o cümlədən siyasi məsləhətləşmələrin əlaqələrin inkişafına mühüm töhfə verdiyi vurğulandı Həmçinin regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, münaqişədən sonrakı dövrdə bərpa və yenidənqurma işləri, eləcə də qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb Ferqus Auld Azərbaycanda işlədiyi müddətdə göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Ceyhun Bayramov qonağa gələcək fəaliyyətində uğurlar arzulayıb


