Girne Amerikan Universitetinin rektoru BDU-da olub
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Girne Amerikan Universitetinin rektoru Serdar Yurtseverin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor Elçin Babayev Azərbaycan ilə Türkiyə və ŞKTC arasında elm, təhsil və mədəniyyət sahələri

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Girne Amerikan Universitetinin rektoru Serdar Yurtseverin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor Elçin Babayev Azərbaycan ilə Türkiyə və ŞKTC arasında elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin ölkələrimizin inkişafına töhfə verdiyini vurğulayıb. O, birgə elmi tədqiqatlar aparılmasının, tələbə-müəllim mübadiləsinin həyata keçirilməsinin, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu bildirib, daha çox tədqiqatyönümlü əməkdaşlığa üstünlük verildiyini bildirib Görüşdə təhsil və elm sahəsindəki mövcud təcrübələr, beynəlxalq münasibətlər, iqtisadiyyat və idarəetmə, turizm və jurnalistika istiqamətləri üzrə əməkdaşlıq imkanları müzakirə olunub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


