Giorgi Xaindrava: Ermənistan Azərbaycan və Gürcüstanla əməkdaşlıq qurmadan inkişaf edə bilməz
Ermənistanda keçirilən parlament seçkilərinin nəticəsindən asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması vacibdir Bunu "Report"un Gürcüstan bürosuna açıqlamasında siyasi ekspert Giorgi Xaindrava bildirib Onun sözlərinə görə, regionda formalaşmış mövcud reallıqlar Er

Ermənistanda keçirilən parlament seçkilərinin nəticəsindən asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması vacibdir Bunu "Report"un Gürcüstan bürosuna açıqlamasında siyasi ekspert Giorgi Xaindrava bildirib Onun sözlərinə görə, regionda formalaşmış mövcud reallıqlar Ermənistan üçün sülhün alternativsiz olduğunu göstərir: "Bugünkü reallıq ondan ibarətdir ki, Ermənistanda seçkilərin nəticəsindən asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmalıdır. Bu, ilk növbədə, Ermənistanın maraqlarına cavab verir. Çünki Ermənistan hazırda öz şərtlərini diktə edə biləcək mövqedə deyil" G. Xaindrava hesab edir ki, regionun son illərdəki inkişafı və Azərbaycanın, eləcə də Gürcüstanın əldə etdiyi uğurlar Ermənistan üçün də mühüm nümunədir: "Regionun inkişafı, Azərbaycan və Gürcüstanın nailiyyətləri göstərir ki, Ermənistanın marağında Cənubi Qafqazda davamlı və sabit sülhün təmin olunması dayanır. Bu, ölkənin inkişafı üçün vacib şərtdir" Ekspertin fikrincə, Ermənistan qonşu ölkələrlə əməkdaşlıq etmədən tam iqtisadi inkişaf əldə edə bilməz "Ermənistan nə Azərbaycansız, nə də Gürcüstansız tam şəkildə inkişaf edə bilər. Xüsusilə də son dövrlərdə Ermənistanla Rusiya arasında münasibətlərdə yaranan gərginliyi nəzərə alsaq, bu məsələ daha da aktuallaşır", - Xaindrava qeyd edib Onun sözlərinə görə, mövcud şəraitdə Ermənistanın iqtisadi inkişafı və dövlətçiliyinin möhkəmlənməsi üçün ən real yol qonşu dövlətlərlə münasibətlərin normallaşdırılmasından keçir: "Belə bir şəraitdə Ermənistanın iqtisadiyyatını, dövlətçiliyini və inkişafını təmin etməsinin yeganə yolu Azərbaycan və Gürcüstanla mehriban qonşuluq münasibətlərinin qurulmasıdır. Bu əməkdaşlıq həm regionun sabitliyinə, həm də Ermənistanın gələcək inkişafına xidmət edəcək" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
