Tenqri
Ana Səhifə
Dünya

Almaniyada Avropada yaşayan azərbaycanlı mühəndislərin III forumu keçirilir (FOTO)

BAKI, Azərbaycan, 7 iyun. “Şəhərsalma və memarlıq ili” çərçivəsində Almaniyanın Hamburq şəhərində Avropada yaşayan azərbaycanlı mühəndislərin 3-cü forumu keçirilib Forum Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşəbbüsü ilə “A

0 baxıştrend.az
Almaniyada Avropada yaşayan azərbaycanlı mühəndislərin III forumu keçirilir (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 7 iyun. “Şəhərsalma və memarlıq ili” çərçivəsində Almaniyanın Hamburq şəhərində Avropada yaşayan azərbaycanlı mühəndislərin 3-cü forumu keçirilib Forum Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşəbbüsü ilə “Ağıllı Şəhər Texnologiyaları və Prosesləri” mövzusunda təşkil olunub Tədbirdə Avropanın müxtəlif ölkələrində çalışan azərbaycanlı mühəndislər, memarlıq və şəhərsalma üzrə azərbaycanlı və əcnəbi ekspertlər, elmi dairələr və biznes nümayəndələri iştirak ediblər. Forumun əsas məqsədi müasir şəhərsalmada innovativ yanaşmaların müzakirəsi, qabaqcıl beynəlxalq təcrübənin mübadiləsi və xaricdə yaşayan azərbaycanlı mütəxəssislər arasında əməkdaşlığın genişləndirilməsi olub Açılış mərasimi Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Altay Rüstəmli tədbir iştirakçılarına əvvəlki forumların yekunları barədə məlumat verib, layihənin gələcək perspektivləri ilə bağlı fikirlərini bölüşüb. Ruhr Universitetinin dosenti, professor Elxan Sadıqzadə Avropada yaşayan azərbaycanlı mühəndislərin forumlarının əsas nəticələri haqqında qısa təqdimatla çıxış edib "Xaricdə çalışan və eyni sahəni təmsil edən mütəxəssislər üçün forumların təşkili artıq ənənə halını alıb. Əldə olunan nailiyyətlər göstərir ki, belə forumlar bilik və təcrübə mübadiləsi üçün unikal və davamlı imkanlar yaradır", - Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında deyib O, həmçinin komitənin strateji layihələri barədə ətraflı məlumat verib və dünya azərbaycanlılarının fəaliyyətinin Azərbaycan dövlətinin, o cümlədən Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayıb Forumda çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova qeyd edib ki, belə forumlar təkcə müzakirə meydançası deyil, həm də intellektual kəşflər və yaradıcılıq ilhamı üçün dinamik mühit rolunu oynayır Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov və Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin müşaviri Ruhlan Nəbiyev forumun perspektivli gələcəyinə əminliklərini ifadə edərək, Azərbaycan və xarici mühəndislər arasında əməkdaşlığın dərinləşdirilməsinə dair təkliflər irəli sürüblər Forumda Avropanın 11 ölkəsindən və Almaniyanın 40-dan çox şəhərindən yüzlərlə mütəxəssis iştirak edib. Tədbir zamanı mühəndislik elminin tarixini və əvvəlki forumların nailiyyətlərini əks etdirən videoçarx nümayiş etdirilib İştirakçılara Azərbaycanda həyata keçirilən şəhərsalma və memarlıq layihələri, xüsusilə işğaldan azad edilmiş ərazilərdə inkişaf etdirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları barədə ətraflı məlumat verilib. Mühəndislər rəqəmsal transformasiya, davamlı şəhərsalma, şəhər idarəçiliyində süni intellektin tətbiqi, enerji səmərəliliyi, intellektual nəqliyyat sistemləri, ekoloji həllər kimi aktual mövzular ətrafında fikir mübadiləsi aparıb, eyni zamanda bu sahələr üzrə qısa və uzunmüddətli planlar barədə öz perspektivlərini bölüşüblər Forum çərçivəsində dünya alimlərinin ilk 2 faizi sırasında yer alan Ruhr Universitetinin dosenti Elxan Sadıqzadə Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Ştutqartdakı Azərbaycan Evinin rəhbəri Günay Mirzəyevanın moderatorluğu ilə keçirilən forum panel müzakirələri, təqdimatlar və şəbəkələşmə sessiyaları ilə davam edib. Panel müzakirələrində “Ağıllı şəhər və şəhərsalmada Avropa təcrübəsi” və “Gələcəyin şəhərləri, tikinti, rəqəmsallaşma və davamlılıq” mövzuları müzakirə olunub Forumun keçirildiyi məkanda təşkil olunmuş Azərbaycandakı alman memarlıq abidələrini əks etdirən fotoşəkillərdən ibarət sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb Forum çərçivəsində Almaniyanın Brandenburq Texnologiya Universiteti ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında “Gələcək elmi tədqiqatlar və tədqiqatlar üzrə Anlaşma Memorandumu” imzalanıb 22 iyun 2024-cü il tarixində Berlində “Yaşıllar üçün Həmrəylik İli” çərçivəsində Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumu keçirilmişdir. Dünya”, o cümlədən “Konstitusiya və Suverenlik İli” çərçivəsində 2025-ci il noyabrın 1-də Kölndə keçirilən Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin II Forumu bu layihənin davamlılığının təmin edilməsində və onun əsas prinsiplərinin müəyyənləşdirilməsində əvəzsiz rol oynamışdır

Kaynak: trend.az

Diğer Haberler