Alman şirkətləri SOCAR-dan ildə 2 milyard kubmetr Azərbaycan qazı alırlar – səfir
BAKI, Azərbaycan, 15 iyun. Almaniya şirkətləri SOCAR-dan ildə təqribən 2 milyard kubmetr qaz müqaviləsi bağlayıblar "Almaniyaya birbaşa qaz tədarükü yoxdur, çünki Azərbaycanla Almaniya arasında boru kəməri əlaqəsi yoxdur. Bununla belə, üç alman şirkətinin SOCAR-dan müqavilə bağladığı qaz - ildə t

BAKI, Azərbaycan, 15 iyun. Almaniya şirkətləri SOCAR-dan ildə təqribən 2 milyard kubmetr qaz müqaviləsi bağlayıblar "Almaniyaya birbaşa qaz tədarükü yoxdur, çünki Azərbaycanla Almaniya arasında boru kəməri əlaqəsi yoxdur. Bununla belə, üç alman şirkətinin SOCAR-dan müqavilə bağladığı qaz - ildə təqribən 2 milyard kubmetr qaz Avropa bazarına əlavə tədarük həcmini təmin etdiyi üçün Avropa enerji bazarının sabitləşməsində mühüm rol oynayır", - səfir bildirib Horlemann qeyd edib ki, Azərbaycandan qaz tədarükü üçün müqavilə bağlamış Almaniya qaz şirkətləri faktiki olaraq Avropanın digər qaz idxalçıları ilə svop sövdələşmələri həyata keçirir “Bu, ilk növbədə, İtaliyaya aiddir, çünki Avropa İttifaqının idxal etdiyi Azərbaycan qazının təxminən 90%-i ora gedir Bu müqavilələr uzunmüddətlidir və təxminən on il müddətinə bağlanıb. Bu müddətdən sonra tədarük həcmlərinin davam edəcəyini, hətta bəlkə də artacağını gözləyirəm. Lakin yaxın on il ərzində onların həcminin ildə 2 milyard kubmetr civarında olacağını təxmin edirəm”, - diplomat bildirib