Almaniya səfiri ölkəsinin Azərbaycana investisiyalarının artımı perspektivlərini görür
BAKI, Azərbaycan, 15 iyun. Almaniyanın Azərbaycana yatırdığı investisiyaların gələcəkdə artması üçün perspektivlər var. Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Bakıda keçirdiyi mətbuat konfransında deyib "Ötən ilin iki

BAKI, Azərbaycan, 15 iyun. Almaniyanın Azərbaycana yatırdığı investisiyaların gələcəkdə artması üçün perspektivlər var. Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Bakıda keçirdiyi mətbuat konfransında deyib "Ötən ilin ikinci yarısından biz alman şirkətləri arasında Azərbaycan bazarına marağın artdığını müşahidə etdik. Buna misal olaraq ötən il Bakıda Alman-Azərbaycan Ticarət Palatasının (AHK Azərbaycan) təşkil etdiyi ixracın maliyyələşdirilməsi konfransını göstərmək olar. Bu konfransda alman şirkətlərindən rekord sayda - 200-ə yaxın nümayəndə iştirak edib", - səfir bildirib Horlemann qeyd edib ki, bu, alman biznesinin Azərbaycan bazarına marağının nəzərəçarpacaq dərəcədə artmasına dəlalət edir "Hələlik bu, ticarət statistikasında və ya investisiya göstəricilərində öz əksini tapmayıb. Bununla belə, daha əvvəl qeyd etdiyimiz kimi, Azərbaycanın regional ticarət və nəqliyyat əlaqəsi mərkəzi, eləcə də hazırda enerji sektorunun transformasiyasına və bərpa olunan enerjinin inkişafına diqqət yetirən enerji təchizatçısı kimi artan rolu bir çox alman şirkətləri üçün böyük maraq doğurur. Ona görə də mən həm ticarət əlaqələrinin inkişafı, həm də Almaniya sərmayəsinin Azərbaycanda inkişafı üçün yaxşı perspektivlər görürəm"


