Gərginlikdən sonra ilk əlaqə! Rubio və Papa Vatikanda görüşdülər
ABŞ dövlət katibi Marko Rubio İtaliyanın paytaxtı Romaya gəlib. ABŞ dövlət katibi Rubionun karvanı ciddi təhlükəsizlik tədbirləri ilə Vatikana aparan mərkəzi Roma bulvarından keçərək yerli vaxtla saat 12.10-da Vatikana çatıb Marko Rubio Vatikanda İran müharibəsi səbəbindən prezident Donald Trampla

ABŞ dövlət katibi Marko Rubio İtaliyanın paytaxtı Romaya gəlib. ABŞ dövlət katibi Rubionun karvanı ciddi təhlükəsizlik tədbirləri ilə Vatikana aparan mərkəzi Roma bulvarından keçərək yerli vaxtla saat 12.10-da Vatikana çatıb Marko Rubio Vatikanda İran müharibəsi səbəbindən prezident Donald Trampla gərginlik yaşayan katoliklərin ruhani lideri Papa XIV Leo ilə görüşüb. Mətbuata qapalı keçirilən görüş, Katolik Kilsəsinin lideri ilə Tramp kabinetinin rəsmisi arasında təxminən bir ildən sonra ilk təmas olub. İkisi təxminən yarım saat danışdılar Bildirilib ki, Rubio Papa XIV Leo ilə görüşdən sonra Vatikanın baş diplomatı kardinal Pietro Parolinlə görüşəcək Amerikanın ilk papası olan Leo, ABŞ-İsrail arasında İrana qarşı müharibəni və Tramp administrasiyasının sərt immiqrasiya siyasətlərini tənqid etdiyi üçün Trampın reaksiyasını çəkdi. Dünən verdiyi açıqlamada Papa XIV Leo üçün mesajının olub-olmaması ilə bağlı suala Tramp, "Məncə, o, İranın nüvə silahına sahib ola biləcəyini deyirdi. Amma mən deyirəm ki, ola bilməz. Çünki belə olsa, bütün dünya girov qalacaq. Bunun olmasına icazə verməyəcəyik. Bu, mənim yeganə mesajımdır" dedi. ABŞ prezidenti aprel ayında belə bir açıqlama vermişdi: “O, İranda baş verənləri anlamır, müharibədən danışmamalıdır”


