"Gənclerbirliği"ni məğlub edən Fatih Karagümrük liqada qalmaq ümidlərini davam etdirib
Trendyol Super Liqasının 32-ci həftəsində Mısırlı.com.tr Fatih Karagümrük və Natura Dünyası Gənclərbirliyi üz-üzə gəlib. Atatürk Olimpiya Stadionunda keçirilən matçda Fatih Karagümrük 1-0 qalib gəlib Qarşılaşmaya sürətli başlayan ev sahibi Fatih Karagümrükə 3 xal gətirən qolu matçın 17-ci dəqiqəsi

Trendyol Super Liqasının 32-ci həftəsində Mısırlı.com.tr Fatih Karagümrük və Natura Dünyası Gənclərbirliyi üz-üzə gəlib. Atatürk Olimpiya Stadionunda keçirilən matçda Fatih Karagümrük 1-0 qalib gəlib Qarşılaşmaya sürətli başlayan ev sahibi Fatih Karagümrükə 3 xal gətirən qolu matçın 17-ci dəqiqəsində Tiaqo Çukur vurub. 23 yaşlı hücumçu mövsümdə ikinci qolunu vurub Bu nəticə ilə Aleksandar Stanojeviçin çalışdırdığı Fatih Karagümrük xalını 24-ə çatdırdı və liqada qalmaq ümidlərini iki həftə qala da davam etdirdi. Volkan Dəmirəlin idarə etdiyi "Gençlerbirliği" isə 28 xalla aşağı liqaya düşüb. Liqanın növbəti matçında Fatih Karagümrük səfərdə "Kocaelispor"un qonağı olacaq. "Gençlerbirliği" doğma meydanda "Kasımpaşa"nı qəbul edəcək


