"Gençlerbirliği"ndə Volkan Dəmirəllə yollar ayrılıb
Super Liqada ardıcıl pis nəticələrlə aşağı liqa zonasına düşən “Gençlerbirliği” baş məşqçi Volkan Dəmirəllə yollarını ayırdığını rəsmən açıqlayıb Paytaxt təmsilçisinin verdiyi açıqlamada "İdarə Heyətinin qərarı və onunla apardığımız danışıqlar nəticəsində baş məşqçimiz Volkan Dəmirəllə yollarımızı

Super Liqada ardıcıl pis nəticələrlə aşağı liqa zonasına düşən “Gençlerbirliği” baş məşqçi Volkan Dəmirəllə yollarını ayırdığını rəsmən açıqlayıb Paytaxt təmsilçisinin verdiyi açıqlamada "İdarə Heyətinin qərarı və onunla apardığımız danışıqlar nəticəsində baş məşqçimiz Volkan Dəmirəllə yollarımızı ayırdıq. "Cənab Dəmirələ və onun texniki heyətinə işlədikləri müddətdə klubumuza verdikləri töhfələrə görə təşəkkür edir və gələcək karyeralarında uğurlar arzulayırıq" Volkan Dəmirəl daha əvvəl 31 Oktyabr 2025-11 Dekabr 2025-ci il tarixləri arasında qısamüddətli vəzifə götürmüşdü. İlk dönəmində 6 matça çıxan gənc məşqçi 3 qələbə və 3 məğlubiyyətlə çıxış etdi Volkan Dəmirəl Gençlerbirliği'ndeki ikinci dövründə bütün yarışlarda 9 matça çıxıb və bu matçlarda 2 qalibiyyət, 1 heç-heçə və 6 məğlubiyyət alıb


