Gecədə iz buraxan görüntü! Osimhenin üz ifadəsini görənlər anlaya bilməyib
"Qalatasaray"ın çempionluq bayramından sonra Viktor Osimhenin görüntüləri diqqət çəkib Sarı-qırmızılı ulduz Viktor Osimhen şənlikdən sonra əyləncə məkanına girərkən kameralara tuş gəlib. Nigeriyalı futbolçunu yaxın dostlarının da müşayiət etdiyi görülüb Görüntülərdə Osimhenin kifayət qədər depres

"Qalatasaray"ın çempionluq bayramından sonra Viktor Osimhenin görüntüləri diqqət çəkib Sarı-qırmızılı ulduz Viktor Osimhen şənlikdən sonra əyləncə məkanına girərkən kameralara tuş gəlib. Nigeriyalı futbolçunu yaxın dostlarının da müşayiət etdiyi görülüb Görüntülərdə Osimhenin kifayət qədər depressiv və düşüncəli görünməsi diqqət çəkib. Ulduz futbolçunun üz ifadəsi futbolsevərlərin diqqətindən yayınmayıb Şənliklərdən sonra ortaya çıxan görüntülərdən sonra Osimhenin niyə pis əhval-ruhiyyədə olduğu maraq doğurub. Transfer iddiaları və gələcəyi ilə bağlı qeyri-müəyyənliklərin futbolçunun əhval-ruhiyyəsinə təsir edib-etməməsi müzakirə olunmağa başlayıb Mövsüm boyu göstərdiyi performansla azarkeşlərin sevimlisinə çevrilən Osimhenin gələcəyi böyük maraqla gözlənilir. Ulduz hücumçunun yeni mövsümdə komandada qalıb-qalmayacağı hələ dəqiqləşməyib


