Tenqri
Ana Səhifə
Dünya

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında yeni Hemodializ şöbəsi açılıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən xroniki böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşların sağlamlıq vəziyyətinin nəzarətdə saxlanılması, onların vaxtında müayinə və müalicəyə cəlb olunması, həmçinin hemodializ xidmətləri ilə fasiləsiz təmin edilməsi istiqamətində müvaf

0 baxışazertag.az
Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında yeni Hemodializ şöbəsi açılıb
Paylaş:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən xroniki böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşların sağlamlıq vəziyyətinin nəzarətdə saxlanılması, onların vaxtında müayinə və müalicəyə cəlb olunması, həmçinin hemodializ xidmətləri ilə fasiləsiz təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşların hemodializ xidmətlərinə əlçatanlığının artırılması məqsədilə ölkənin müxtəlif bölgələrində, o cümlədən ən ucqar rayonlarda belə yeni hemodializ şöbələrinin yaradılması və mövcud xidmət infrastrukturunun genişləndirilməsi istiqamətində işlər həyata keçirilir. Daha bir hemodializ şöbəsi Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında yaradılıb Şöbənin açılış mərasimində TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının vəzifələrini icra edən Natiq Nağıyev, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının direktoru Sayiq Səmədov və digər əməkdaşlar iştirak ediblər Hemodializ şöbəsinin fəaliyyəti və yaradılan şəraitlə bağlı məlumat verən S.Səmədov bildirib ki, Gədəbəy rayonunda böyrək çatışmazlığından əziyyət çəkən xəstələr bundan sonra Hemodializ şöbəsində tibbi xidmət ala biləcəklər Qeyd edilib ki, şöbədə dörd müasir tipli Almaniya istehsalı olan “Fresenius Medical Care” hemodializ aparatı quraşdırılıb, xəstələrin istirahəti üçün bütün şərait yaradılıb. Mərkəzin otaqları yumşaq inventar və lazım olan tibbi avadanlıqlarla təmin edilib. Hemodializ şöbəsində 1 həkim, 8 tibb bacısı, 2 texnik və 2 sanitar olmaqla, ümumilikdə 13 nəfər tibbi heyət xidmət göstərəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler