Tenqri
Ana Səhifə
Dünya

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO

Son iki gündə Qəbələnin Laza kəndinə yağan aramsız leysan yağışları nəticəsində yaşayış məntəqəsinə gedən avtomobil yoluna ciddi ziyan dəyib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dəmiraparan çayından keçən güclü sel səbəbindən yolun bir hissəsi tamamilə yararsız hala düşüb. Hazırda təhlükəsizlik

0 baxışazertag.az
Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO
Paylaş:

Son iki gündə Qəbələnin Laza kəndinə yağan aramsız leysan yağışları nəticəsində yaşayış məntəqəsinə gedən avtomobil yoluna ciddi ziyan dəyib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dəmiraparan çayından keçən güclü sel səbəbindən yolun bir hissəsi tamamilə yararsız hala düşüb. Hazırda təhlükəsizlik tədbirləri çərçivəsində kəndə gedən əsas yol bağlanıb Qəbələ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən AZƏRTAC-a bildirilib ki, aidiyyəti qurumların əməkdaşları əraziyə baxış keçiriblər. Yaranmış problemin qısa zamanda aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, Laza kəndinə sakinlərin və nəqliyyat vasitələrinin gediş-gəlişi alternativ yol vasitəsilə təmin olunub Hazırda çay yatağında məcratənzimləmə işləri icra edilir, eyni zamanda, dağılan yolun bərpası üçün əraziyə ağır texnika cəlb olunub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler