Qarri Kasparov: Krımın azad edilməsi artıq uzaq ssenari deyil - QHA - Krım Xəbər Agentliyi
Rusiya prezidenti Vladimir Putinə müxalifliyi ilə tanınan rusiyalı şahmatçı və hüquq müdafiəçisi Qarri Kasparov deyib ki, Krımın Ukraynanın nəzarətinə qayıtması artıq uzaq gələcək ssenarisi deyil Rusiya Azadlıq Forumunun YouTube kanalında verdiyi açıqlamada Kasparov bildirib ki, Ukrayna-Rusiya müh

Rusiya prezidenti Vladimir Putinə müxalifliyi ilə tanınan rusiyalı şahmatçı və hüquq müdafiəçisi Qarri Kasparov deyib ki, Krımın Ukraynanın nəzarətinə qayıtması artıq uzaq gələcək ssenarisi deyil Rusiya Azadlıq Forumunun YouTube kanalında verdiyi açıqlamada Kasparov bildirib ki, Ukrayna-Rusiya müharibəsi yalnız Krım da daxil olmaqla bütün işğal olunmuş Ukrayna ərazilərinin azad edilməsi ilə başa çata bilər “Facebook” hesabında dəyərləndirmələr aparan Kasparov vurğulayıb ki, Akyar (Sevastopol) üzərində Ukrayna bayrağının dalğalanması Rusiya cəmiyyətində “imperiya düşüncəsini” aradan qaldırmağın yeganə yoludur Kasparov müharibədəki strateji təşəbbüsün tədricən Ukraynaya keçdiyini və Rusiya ordusunun Krımda ciddi logistik problemlərlə üzləşdiyini qeyd edib. Ukraynanın texnoloji üstünlüyünün adi hərbi güc baxımından daha güclü olan Rusiyaya qarşı effektiv mübarizə aparmağa imkan verdiyini bildirən Kasparov son hadisələrin də bu mənzərəni dəstəklədiyini bildirib

