Qarabağ Mədəniyyət Mərkəzi Azərbaycan və Qazaxıstan arasında qızıl körpü yaratmağa çalışır - Ramilə Mustafayeva
TÜRKİSTAN, Qazaxıstan, 15 may. Qarabağ Mədəniyyət Mərkəzi iki dost və qardaş xalq olan Azərbaycan və Qazaxıstan arasında "qızıl körpü" qurmaq üzərində işləyir. Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Qazaxıstanın Türküstan şəhərindəki Qarabağ Mədəniyyət Mərkəzinin rəhbəri Ramilə Mustafayeva sam

TÜRKİSTAN, Qazaxıstan, 15 may. Qarabağ Mədəniyyət Mərkəzi iki dost və qardaş xalq olan Azərbaycan və Qazaxıstan arasında "qızıl körpü" qurmaq üzərində işləyir. Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Qazaxıstanın Türküstan şəhərindəki Qarabağ Mədəniyyət Mərkəzinin rəhbəri Ramilə Mustafayeva sammit çərçivəsində jurnalistlərə deyib O, Qazaxıstanın Türküstan şəhərində 25 min azərbaycanlının yaşadığını vurğulayıb "Biz burada böyük məktəblər açmışıq: bazar günü məktəbləri və rəqs məktəbləri. Təbii ki, bütün bunlarda bizə dəstək olan qazax xalqına öz təşəkkürümü bildirmək istəyirəm. Biz də çalışırıq ki, Azərbaycan və Qazaxıstan - bu iki dost və qardaş ölkə arasında qızıl körpü yaradaq. Mənim əsas məqsədim və əsas işim Qazaxıstanı Azərbaycanda, Azərbaycanı isə Qazaxıstanda təmsil etməkdir. Bu, mənim üçün böyük qürurvericidir", - o deyib O qeyd edib ki, 2024-cü ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türküstanda Dostluq Evinin açılışını edib. Qarabağ Mədəniyyət Mərkəzi üçün xüsusi böyük ofis ayrılmışdı Ramilə Mustafayeva bildirib ki, Türküstana gələn bütün qonaqlar orada qarşılanır: "Burada böyük forumlar, tədbirlər, görüşlər keçirilir. Xoca Əhməd Yasəvi Universitetində Azərbaycandan 50-dən çox tələbə təhsil alır. Mərkəzdə həmçinin böyük görüşlər, gənclər forumları keçirilir. Keçən il burada türk dünyasının böyük forumu möhtəşəm keçirildi və buraya gələn ilk azərbaycanlılar, mədəniyyət və incəsənət xadimləri də əlavə olundu"

