Gəncədə “Avropa Kəndi-2026” çərçivəsində “EuroVillage”in açılış mərasimi keçirilib
GƏNCƏ, Azərbaycan, 6 iyun. “Avropa Kəndi-2026” tədbiri çərçivəsində Gəncədə “EuroVillage”in açılış mərasimi keçirilir, Trend in xəbər verdiyi kimi Aİ-nin flaqman təşəbbüsü olan “Avropa Kəndi 2026” iyunun 6-da Gəncədə keçirilir “Aİ-Azərbaycan: 30 illik tərəfdaşlıq” mövzusuna həsr olunmuş tədbir A
GƏNCƏ, Azərbaycan, 6 iyun. “Avropa Kəndi-2026” tədbiri çərçivəsində Gəncədə “EuroVillage”in açılış mərasimi keçirilir, Trend in xəbər verdiyi kimi Aİ-nin flaqman təşəbbüsü olan “Avropa Kəndi 2026” iyunun 6-da Gəncədə keçirilir “Aİ-Azərbaycan: 30 illik tərəfdaşlıq” mövzusuna həsr olunmuş tədbir Aİ-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən Avropa İttifaqına üzv ölkələrin səfirlikləri ilə əməkdaşlıq və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunur Tədbirin rəsmi açılışında 17 Avropa ölkəsinin Azərbaycandakı səfirləri iştirak edirlər Avropa İttifaqının Azərbaycandakı səfiri Marijana Kujundziç bildirib ki, “Avropa kəndi” Azərbaycan ictimaiyyətinin Avropanı daha yaxından tanıması üçün mühüm platformadır. O qeyd edib ki, Aİ ilə Azərbaycan arasında 30 illik tərəfdaşlıq çərçivəsində kənd təsərrüfatı, biznesin inkişafı, səhiyyə, təhsil, ətraf mühit və digər sahələrdə yüzlərlə layihə həyata keçirilib Proqramda uşaqlar üçün üz rəngləmə, kukla tamaşaları, stolüstü oyunlar, viktorinalar, mini müsabiqələr, musiqi və rəqs fəaliyyətləri var Tədbirdə Aİ Nümayəndəliyindən əlavə, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Hollandiya, Polşa, Rumıniya, Slovakiya, İspaniya və İsveçin nümayəndələri iştirak edir


