Qalibafın pakistanlı həmkarı ilə görüşündə ABŞ-a xəbərdarlığı: "Tramp axmaqdırsa, bu, ABŞ üçün ağrılı olacaq"
Pakistan Baş Qərargah rəisi, marşal Asim Munir davam edən böhrana son qoymaq üçün beynəlxalq səylər çərçivəsində İranın paytaxtı Tehranda təmaslarını davam etdirir. Münirin səfəri zamanı dayanacaqlarından biri də İranın baş müzakirəçisi və parlamentin sədri Məhəmməd Baqir Qalibaf olub. İki ölkə aras

Pakistan Baş Qərargah rəisi, marşal Asim Munir davam edən böhrana son qoymaq üçün beynəlxalq səylər çərçivəsində İranın paytaxtı Tehranda təmaslarını davam etdirir. Münirin səfəri zamanı dayanacaqlarından biri də İranın baş müzakirəçisi və parlamentin sədri Məhəmməd Baqir Qalibaf olub. İki ölkə arasında görüşün əsas gündəm maddəsi müharibənin tamamilə dayandırılmasına yönəlmiş danışıqların yekun mərhələsi olub Görüşdə Qalibaf danışıqlar prosesini və qarşı tərəfin münasibətini dəyərləndirib, diplomatik və hərbi qətiyyət mesajı verib. Ölkəsinin hüquq axtarışlarının davam edəcəyini bildirən Qalibaf deyib: "Xüsusilə də vicdansız və etibarsız bir tərəf qarşısında millətimizin və ölkəmizin haqlarından heç vaxt güzəştə getməyəcəyik. İran İslam Respublikası döyüş meydanında cəsarət və nüfuzla İran xalqını müdafiə etdiyi kimi, İranın milli hüquq və diplomatiya sahəsində də zəka və güclə çalışacaq. Ordu sülhün qədrini hamıdan yaxşı bilir, amma eyni ordu heç vaxt öz ölkəsinin şərəf və hüquqlarının tapdalanmasına imkan verməz” ABŞ-ın keçmiş danışıqlarda və atəşkəs proseslərindəki hərəkətlərini tənqid edən Qalibaf dəniz blokadasını xatırladıb. İranlı baş müzakirəçi silahlı qüvvələrin hazırkı vəziyyətinə toxunaraq sözlərini belə yekunlaşdırıb: "ABŞ danışıqlar apararkən müharibəyə başladı, indi deyir ki, müharibəni bitirmək üçün danışıqlar aparaq. Sizin vasitəçiliyinizlə atəşkəs əldə olundu, ABŞ vədinə əməl etmədi və dəniz blokadası tətbiq etdi, indi də bizim silahımızı geri götürməyə çalışır. Atəşkəs əgər Tramp axmaqcasına hərəkət edərsə və yenidən müharibəyə başlayarsa, bu, ABŞ üçün müharibənin ilk günündən daha dağıdıcı və ağrılı olacaq” Mənbə: İhlas Xəbər Agentliyi

