Qalibaf çinlilərlə danışacaq
İran Məclisinin sədri Məhəmməd Bağır Qalibaf ölkənin Çin məsələləri üzrə xüsusi nümayəndəsi təyin edilib. Bu barədə Tasnim məlumat yayıb Ötən gün CNN telekanalı mənbəyə istinadən xəbər verib ki, İranın ali lideri Müctəba Xameni “qərar vermə prosesindən kifayət qədər uzaqdır və yalnız arabir ünsiyyə

İran Məclisinin sədri Məhəmməd Bağır Qalibaf ölkənin Çin məsələləri üzrə xüsusi nümayəndəsi təyin edilib. Bu barədə Tasnim məlumat yayıb Ötən gün CNN telekanalı mənbəyə istinadən xəbər verib ki, İranın ali lideri Müctəba Xameni “qərar vermə prosesindən kifayət qədər uzaqdır və yalnız arabir ünsiyyət üçün əlçatandır”. Mənbənin sözlərinə görə, nəticədə gündəlik əməliyyatlar İran parlamentinin spikeri Qalibafla birlikdə İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli rəsmiləri tərəfindən effektiv şəkildə idarə olunur


