"Qalatasaray"dan Viktor Nelsson üçün pis xəbər
Qalatasarayda yeni mövsüm heyət planlaması formalaşmağa davam edir. Sarı-qırmızılı komandadan ayrılacağı gözlənilən adlardan biri də Viktor Nelssondur Ötən mövsümün ikinci yarısını icarə əsasında İtaliya A Seriyasında çıxış edən "Hellas Verona"da keçirən danimarkalı müdafiəçi mövsümün sonunda "Qal

Qalatasarayda yeni mövsüm heyət planlaması formalaşmağa davam edir. Sarı-qırmızılı komandadan ayrılacağı gözlənilən adlardan biri də Viktor Nelssondur Ötən mövsümün ikinci yarısını icarə əsasında İtaliya A Seriyasında çıxış edən "Hellas Verona"da keçirən danimarkalı müdafiəçi mövsümün sonunda "Qalatasaray"a qayıdıb. Ancaq məşqçi Okan Burukun 27 yaşlı futbolçunu yeni mövsüm heyətində nəzərə almadığı öyrənilib İddialara görə, Okan Buruk Viktor Nelssonu mövsümöncəsi təlim-məşq toplanışına qatmaq istəmir. Sarı-qırmızılı texniki heyətin futbolçu ilə yollarını ayırmaq üçün fikirlərini ifadə etdiyi bildirilib "Qalatasaray"da gələcəyinin olmadığını öyrənən Nelssonun yeni komanda tapmaq üçün səylərini sürətləndirdiyi bildirilib. Danimarkalı müdafiəçi və menecerinin Avropa klubları ilə əlaqə saxladığı iddia edilirdi Viktor Nelsona Türkiyədən də maraq göstərən klubların olduğu bildirilib. Qeyd olunub ki, Super Liqa təmsilçisi "Samsunspor" təcrübəli müdafiəçinin vəziyyətini diqqətlə izləyir Sarı-qırmızılı rəhbərliyin Nelssonu heyətdə hesab etmədiyi və onun transfer prosesində heç bir çətinlik yaratmayacağı və gələcək təklifləri dəyərləndirməyə hazır olduqları bildirilib


