Qalatasaraydan Şimanski bombası! Son qərar bu addadır
"Qalatasaray" çempionluğa geri sayarkən, yeni mövsüm planları sürətləndi. Dris Mertensin gedişindən sonra 10 nömrəli mövqedə istədiyi nəticəni əldə edə bilməyən sarı-qırmızılılara sürpriz ad təklif edilib Fasilədə "Fənərbaxça"dan "Renn"ə transfer olunan Sebastyan Şimanski üçün "Qalatasaray"ın qapı

"Qalatasaray" çempionluğa geri sayarkən, yeni mövsüm planları sürətləndi. Dris Mertensin gedişindən sonra 10 nömrəli mövqedə istədiyi nəticəni əldə edə bilməyən sarı-qırmızılılara sürpriz ad təklif edilib Fasilədə "Fənərbaxça"dan "Renn"ə transfer olunan Sebastyan Şimanski üçün "Qalatasaray"ın qapısını menecerlər döyüb. Menecerlər sarı-qırmızılı klubun razılıq verməsi halında transferi qısa müddətdə yekunlaşdıra biləcəklərini bildiriblər. Rəhbərlik bu kritik qərarı baş məşqçi Okan Burukun öhdəsinə buraxıb Mövsüm ərzində İlkay Gündoğan, Qabriel Sara, Yaser Asprilla, Yunus Akgün kimi adları sınayan Okan Buruk yeni mövsüm planında 10 nömrəli transferə üstünlük verib. Qalatasarayda Bernardo Silva kimi dünya ulduzlarının adları da gündəm olub 26 yaşlı polşalı futbolçu fasilədə 9,5 milyon avroya "Renn"ə transfer olunub. O, indiyədək Fransada 1 qol və 3 məhsuldar ötürmə edib. Şimanski Fənərbaxça karyerasında 2,5 mövsümdə 134 matça çıxıb, 22 qol vurub, 28 məhsuldar ötürmə edib Həmin vaxt Okan Burukun 3 il əvvəl heyətində görmək istədiyi Şimanskinin transferini "Fənərbaxça" tamamlamışdı. Fənərbaxça 2023-cü ilin yayında "Qalatasaray"ın siyahısında olan futbolçu ilə bağlı "Onu Floryanın ürəyindən aldıq" açıqlaması verib Şimanski "Fənərbağça"nın heyətində "Qalatasaray"la keçirdiyi 5 oyunun hamısında iştirak edib. O, "Qalatasaray"ın 2:1 hesabı ilə qalib gəldiyi Türkiyə Kubokunun 1/4 final matçında 1 qol vurub


