Qalatasarayda çempionluq sonrası ayrılıq gündəmi! İkardiyə talib çıxdı
Trendyol Super Liqasının son həftəsində evdə "Antalyaspor"u 4:2 hesabı ilə məğlub edən "Qalatasaray" ardıcıl 4-cü, ümumilikdə isə 26-cı çempionluğunu elan edib Bu tarixi gecədə sarı-qırmızılı camaatda böyük həyəcan yaşansa da, komandanın argentinalı ulduzu Mauro İkardinin gələcəyi gündəmin başında

Trendyol Super Liqasının son həftəsində evdə "Antalyaspor"u 4:2 hesabı ilə məğlub edən "Qalatasaray" ardıcıl 4-cü, ümumilikdə isə 26-cı çempionluğunu elan edib Bu tarixi gecədə sarı-qırmızılı camaatda böyük həyəcan yaşansa da, komandanın argentinalı ulduzu Mauro İkardinin gələcəyi gündəmin başında idi Sarı-qırmızılı camaat rəhbərlikdən argentinalı hücumçuya yeni müqavilə təklif etməyə çağırmaqda davam edir. Bununla belə, müqaviləsi başa çatacaq ulduz futbolçunun komandadan ayrılmağa hazırlaşdığı bildirilir Calcio Mercato'daki məlumata görə; Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) komandalarından olan "Palm Siti" Mauro İkardini heyətinə qatmaq üçün hərəkətə keçib BƏƏ komandasının türk brendindən sponsor dəstəyi alaraq 33 yaşlı argentinalı ulduza dəstək olacağı bildirilib Mauro İkardi "Qalatasaray"da oynadığı 4 mövsümdə göstərdiyi performansla klub tarixinə düşüb Sarı-qırmızılıların heyətində indiyədək 133 rəsmi matça çıxan ulduz futbolçu bu matçlarda 77 dəfə rəqib qapısına yol tapa bilib. Komanda yoldaşlarına 25 dəfə qol ötürməsi edən İkardi ümumilikdə 102 qola töhfə verərək qazanılan uğurda aparıcı rol oynayıb Argentinalı futbolçunun növbəti dayanacağı BƏƏ olub-olmayacağına yaxın günlərdə aydınlıq gələcək


