Qalatasaray hücumçu bombasını partladır! Ardanın tələbəsi gələcək
Superliqada 26-cı çempionluğunu elan edən "Qalatasaray"da yeni mövsüm üçün transfer çalışmaları sürətlənib. Sarı-qırmızılıların irəli xəttlərini gücləndirmək üçün Arda Turanın çalışdırdığı Donetsk “Şaxtyor”unun gənc hücumçusu Kaua Elyası gündəmə gətirdikləri iddia edilirdi. Ukrayna mətbuatında çıxan

Superliqada 26-cı çempionluğunu elan edən "Qalatasaray"da yeni mövsüm üçün transfer çalışmaları sürətlənib. Sarı-qırmızılıların irəli xəttlərini gücləndirmək üçün Arda Turanın çalışdırdığı Donetsk “Şaxtyor”unun gənc hücumçusu Kaua Elyası gündəmə gətirdikləri iddia edilirdi. Ukrayna mətbuatında çıxan xəbərlərdə "Qalatasaray"ın braziliyalı oyunçu üçün cəhdlərə hazırlaşdığı iddia edilib Xəbərə görə, "Qalatasaray" rəhbərliyi "Şaxtyor"da çıxış edən 20 yaşlı Kaua Eliası yaxından izləyir. Bildirilib ki, Arda Turanın rəhbərliyi altında uğurlu mövsüm keçirən Ukrayna yığması gənc futbolçunun yüksək transfer haqqı qarşılığında gedişinə müsbət yanaşa bilər Sarı-qırmızılıların xüsusilə gənc və potensial hücumçu axtarışında olduğu bildirilsə də, siyahının başında Kaua Eliasın olduğu bildirilirdi Ukrayna mətbuatında çıxan xəbərlərdə Donetsk “Şaxtyor”unun gənc ulduz üçün 35 milyon avroluq transfer haqqı istədiyi bildirilib. Ara transfer dövründə Flamenqonun 22 milyon avroluq təklifinin rədd edildiyi xatırladılarkən, "Qalatasaray"ın transferi tamamlamaq üçün çox daha yüksək rəqəmi qurban verməli olduğu vurğulanıb. Maraqlıdır ki, "Şaxtyor" Kaua Elias üçün ödədiyi transfer haqqının təxminən iki qatını tələb edib Donetsk “Şaxtyor” braziliyalı hücumçunu mövsümün ortası transfer dövründə “Fluminense”dən 17 milyon avroya heyətinə qatıb. Gənc yaşına baxmayaraq Avropada diqqət çəkməyi bacaran Kaua Eliasın bazar dəyərinin qısa zamanda artdığı bildirilir Ukrayna təmsilçisi ilə daha 3,5 illik müqaviləsi olan Kaua Elias bu mövsüm bütün yarışlarda 35 oyun keçirib. Gənc futbolçu bu matçlarda 11 qol vurub, 7 məhsuldar ötürmə ilə komandasına ciddi töhfə verib


