Hacıyevlə Qriqoryan Dilicanda görüşüblər
İyunun 14-də Dilican şəhərində (Ermənistan) Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib Azərtac xəbər verir ki, “görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında sülh

İyunun 14-də Dilican şəhərində (Ermənistan) Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib Azərtac xəbər verir ki, “görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər və regionda davamlı sülh və sabitliyin təşviqinə yönəlmiş səylər kontekstində ikitərəfli dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb” Bundan əlavə, tərəflər hər iki ölkənin vətəndaş icmaları arasında etimadın möhkəmləndirilməsi tədbirləri ilə bağlı fikir mübadiləsi aparıblar Hikmət Hacıyev və Armen Qriqoryan əlaqələri işçi səviyyəsində saxlamaq qərarına gəlib və növbəti görüşün Azərbaycanda keçirilməsini təsdiqləyiblər


