"Gadamly" ilk quru yük gəmisi Bakı Limanına yanaşıb
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Türkmənistanda inşa edilmiş "Gadamly" ilk quru yük gəmisi Bakı Beynəlxalq Dəniz Limanına yanaşıb "Report" xəbər verir ki, gəmi Bakı və Türkmənbaşı limanları arasında müntəzəm konteyner daşımalarına cəlb ediləcək Yeni gəminin istismara verilməsi Orta Dəhliz

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Türkmənistanda inşa edilmiş "Gadamly" ilk quru yük gəmisi Bakı Beynəlxalq Dəniz Limanına yanaşıb "Report" xəbər verir ki, gəmi Bakı və Türkmənbaşı limanları arasında müntəzəm konteyner daşımalarına cəlb ediləcək Yeni gəminin istismara verilməsi Orta Dəhliz, o cümlədən bu dəhlizin Avrasiya Nəqliyyat Marşrutunun inkişafı baxımından mühüm hadisə hesab olunur Yükgötürmə qabiliyyəti 6 100 ton olan, 240 ədəd 20 futluq konteyner daşımaq imkanına malik "Gadamly" gəmisinin istismara verilməsi Bakı Limanının illik yükaşırma göstəricilərinin artımına da müsbət təsir göstərəcək "Bu gün bizim üçün tarixi əhəmiyyətli gündür. Türkmənistanda istehsal olunmuş quru yük daşıyıcısı Xəzər sularında üzməyə başlayıb. Bu münasibətlə bütün həmkarları, türkmən qardaşlarımızı təbrik eləyirəm. Bu təkcə bir gəminin istehsalı və suya buraxılması deyil, həmçinin bizim əlaqələrimizin daha da sıx olması üçün bir addımdır. Bildiyiniz kimi, Orta Dəhliz artıq bir ciddi alternativə çevrilməyə doğru gedir, onun əhəmiyyəti artır. Və bu dəhliz üzərində olan ölkələr hər biri öz infrastrukturunu təkmilləşdirməli, artan yük həcminin daşıyacaq bir hala gəlməlidir", - deyə ADY sədrinin müavini Arif Ağayev bildirib "Gadamly" gəmisi Türkmənistanda Balkan Gəmiqayırma Zavodunda tikilmiş ilk dəniz gəmisidir, layihə Cənubi Koreyanın şirkəti ilə birgə, 2024-cü ilin payızından həyata keçirilib. Gəmi konteyner daşınması üçün nəzərdə tutulub və Xəzər regionundakı marşrutlarda fəaliyyət göstərəcək. Yerli quru yük gəmisinin suya salınması milli donanmanın inkişafında, dəniz infrastrukturunun modernləşdirilməsində və ölkənin logistika əlaqələrinin genişləndirilməsində mühüm addım kimi qəbul edilir. Onun Xəzər dənizində nəqliyyat əməliyyatlarının bir hissəsinə çevriləcəyi və beynəlxalq marşrutlara daxil olmaqla yükdaşımanın effektivliyini artıracağı gözlənilir. Bu gəminin ilk səfərinin Bakı Limanına olması təsadüfi deyil. Bu, Türkmənistanın qardaş Azərbaycanla ikitərəfli münasibətlərinin inkişafına, xüsusən də nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsinə xüsusi əhəmiyyət verdiyini göstərir və iki qardaş xalqın dostluğunun simvoludur. Yüksək səviyyəli danışıqlar və görüşlər Türkmənistan-Azərbaycan əməkdaşlığının gücləndirilməsində əsas rol oynayır. Bu baxımdan nəqliyyat da daxil olmaqla bütün sahələrdə strateji və mehriban qardaşlıq münasibətlərinin inkişafına şəxsi töhfələrini və əhəmiyyətli dəstəyini verən liderlərimizə – Prezidentlər Serdar Berdiməhəmmədova və İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, ADY-yə, o cümlədən "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-yə təşəkkürümü bildirirəm", - deyə Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov qeyd edib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


