Raket bazaları canlanır
ABŞ və İsrailin həftələrdir davam etdirdiyi hücumlardan sonra yeraltı raket bazalarına girişləri bağlanan İranın intensiv qazıntı işləri sayəsində bu obyektlərin əksəriyyətini yenidən istifadəyə verdiyi iddia edilib. ABŞ və İran arasında müvəqqəti razılaşma əldə olunsa və onun uzadılması ilə bağlı d

ABŞ və İsrailin həftələrdir davam etdirdiyi hücumlardan sonra yeraltı raket bazalarına girişləri bağlanan İranın intensiv qazıntı işləri sayəsində bu obyektlərin əksəriyyətini yenidən istifadəyə verdiyi iddia edilib. ABŞ və İran arasında müvəqqəti razılaşma əldə olunsa və onun uzadılması ilə bağlı danışıqlar davam etsə də, tərəflər arasında gərginlik tam bitməyib. Ekspertlərin fikrincə, münaqişələr yenidən başlasa, İran mövcud raket ehtiyatları ilə hücumlarını davam etdirə bilər. CNN-in nəzərdən keçirdiyi peyk görüntülərinə görə, İran buldozer və qazıntı maşınları kimi sadə tikinti texnikasından istifadə edərək ABŞ və İsrailin vurduğu tunel girişlərini açıb və zədələnmiş yolları təmir edib. Qarşıdurma zamanı İran intensiv bombardmanlar altında tunelin girişlərini açmağa çalışıb. ABŞ və İsrail qazıntı işlərində istifadə olunan tikinti texnikasını tez-tez hədəfə alırdı. Buna baxmayaraq, atəşkəsdən sonrakı 7 həftə ərzində İranın təmir işləri sürətlənib. CNN-in təhlilinə görə, İran ABŞ və İsrailin vurduğu 18 yeraltı raket sahəsindəki 69 tunel girişindən 50-ni yenidən açıb. Peyk görüntüləri də göstərir ki, raket bazalarına girişin qarşısını almaq üçün bombalanan yollar böyük ölçüdə təmir olunub, bəzi ərazilərdə isə yollar asfaltlanıb Bu, Trampın məqsədlərindən biri idi. ABŞ prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki, müharibənin əsas məqsədlərindən biri İranın raket potensialını aradan qaldırmaqdır. Tramp mart ayında etdiyi yazıda “İranın raket potensialının, buraxılış sistemlərinin və onlarla əlaqəli hər şeyin tam zərərsizləşdirilməsini” müharibənin əsas məqsədlərindən biri kimi qeyd edib. İran isə 20 ildən artıqdır ki, yeraltı raket şəbəkəsini inkişaf etdirir. Bəzi obyektlərin yüzlərlə metr qaya laylarının altında yerləşdiyi bildirilir. Mütəxəssislərin fikrincə, bu dərinlik ABŞ və İsrail üçün bazaları birbaşa məhv etməyi son dərəcə çətinləşdirir Minlərlə raketin qaldığı təxmin edilir. Mütəxəssislərin hesablamalarına görə, yeraltı anbarlarda hələ də minə yaxın raket var. Hamburq Universitetinin Sülh Araşdırmaları və Təhlükəsizlik Siyasəti İnstitutundan Timur Kadışev İranın bu tip münaqişələrə illərdir hazırlaşdığını bildirərək, "Onlar 20 ildir ki, bu tip müharibəyə hazırlaşırlar. Son dərəcə hazırlıqlıdırlar" dedi. dedi


