Tenqri
Ana Səhifə
Dünya

Fyodorov: Belçika və İspaniya Ukraynaya 2 milyard avro müdafiə yardımı ayıracaq

Belçika və İspaniya Ukraynaya ayrı-ayrılıqda bir milyard avro müdafiə yardımı ayırır "Report" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fyodorov həmin ölkələrin müdafiə idarələrinin rəhbərləri ilə danışıqların yekunlarına əsasən özünün "Telegram" kanalında məlumat paylaşıb "Belçik

0 baxışreport.az
Fyodorov: Belçika və İspaniya Ukraynaya 2 milyard avro müdafiə yardımı ayıracaq
Paylaş:

Belçika və İspaniya Ukraynaya ayrı-ayrılıqda bir milyard avro müdafiə yardımı ayırır "Report" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fyodorov həmin ölkələrin müdafiə idarələrinin rəhbərləri ilə danışıqların yekunlarına əsasən özünün "Telegram" kanalında məlumat paylaşıb "Belçikanın müdafiə naziri Teo Franken və İspaniyanın müdafiə naziri Marqarita Robles ilə danışıqlar apardım. Əməkdaşlığın əsas istiqamətlərini – hava hücumundan müdafiənin gücləndirilməsini, dron istehsalının inkişafını və cəbhəni uzaqmənzilli artilleriya ilə təmin etmək üçün "Çexiya təşəbbüsü"nü sinxronlaşdırdıq", - deyə o yazıb Fyodorovun sözlərinə görə, Belçika bu il Ukraynaya 1 mlrd. avro müdafiə yardımı ayırır və əlavə "F-16" qırıcılarını təhvil vermək, eləcə də mövcud təyyarələr üçün ehtiyat hissələrinin tədarükünü təmin etmək niyyətini təsdiqləyib İspaniya da həmçinin 2026-cı ildə Ukraynaya dəstək üçün 1 mlrd. avro ayırır. Danışıqlar zamanı tərəflər SAFE Avropa mexanizmi çərçivəsində müdafiə sahəsində əməkdaşlığın inkişafına diqqət yetiriblər. Ukrayna İspaniya pilotsuz uçuş aparatlarının döyüş şəraitində sınaqdan keçirilməsi imkanını təklif edib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler