Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib
Futzal üzrə Azərbaycan Kubokunun final oyunu keçirilib AZƏRTAC xəbər verir ki, həlledici görüşdə “Araz-Naxçıvan” və “Neftçi” İK qarşılaşıb Matçdan əvvəl AFFA Hakimlər Komitəsinin üzvü, futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədliyə 55 illiyi ilə əlaqədar xatirə hədiyyəsi təqdim ol

Futzal üzrə Azərbaycan Kubokunun final oyunu keçirilib AZƏRTAC xəbər verir ki, həlledici görüşdə “Araz-Naxçıvan” və “Neftçi” İK qarşılaşıb Matçdan əvvəl AFFA Hakimlər Komitəsinin üzvü, futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədliyə 55 illiyi ilə əlaqədar xatirə hədiyyəsi təqdim olunub. Hədiyyəni AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov təqdim edib Final oyununda rəqibinə 5:3 hesabı ilə qalib gələn “Neftçi” İK titula sahib çıxıb Qarşılaşma başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Final oyununun hakimlərinə və hakim-inspektora diplom, matçın ən yaxşı futzalçısı – Markus Vinisiusa xatirə hədiyyəsi, “Araz-Naxçıvan” və “Neftçi”nin üzvlərinə müvafiq olaraq gümüş və qızıl medallar, həmçinin qalib komandaya Azərbaycan Kuboku təqdim olunub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


