Dünya çempionatı ərəfəsində FİFA-nın saxta saytları çoxalıb
Futbol üzrə dünya çempionatı ərəfəsində FİFA-nın rəsmi saytına bənzəyən saxta saytlar çoxalıb. Bu barədə ABŞ Federal Təhqiqatlar Bürosu xəbərdarlıq edib. Kibercinayətkarlar bu saytlardan futbol biletləri satışı, VIP paketlər və səyahət xidmətləri təklif etmək, saxta işlərə işə götürmək, lotereya və

Futbol üzrə dünya çempionatı ərəfəsində FİFA-nın rəsmi saytına bənzəyən saxta saytlar çoxalıb. Bu barədə ABŞ Federal Təhqiqatlar Bürosu xəbərdarlıq edib. Kibercinayətkarlar bu saytlardan futbol biletləri satışı, VIP paketlər və səyahət xidmətləri təklif etmək, saxta işlərə işə götürmək, lotereya və xüsusi promosyonlar keçirmək kimi xidmətlərin reklamı üçün istifadə edirlər. Mütəxəssislər belə səhifələrə bank kartı məlumatlarının, şəxsi rekvizitlərin və ya məxfi məlumatların daxil edilməsinin çox təhlükəli olduğunu bildirirlər. Çünki bu məlumatlar sonradan qanunsuz məqsədlər üçün istifadə oluna bilər. Əvvəla, birbaşa brauzer vasitəsilə yalnız rəsmi sayta daxil olmaq, şübhəli bağlantılara getməmək və onlayn təklifləri diqqətlə yoxlamaq lazımdır. Həmçinin hər hansı bir əməliyyatdan əvvəl saytın ünvanını yoxlamaq və şübhə yaranarsa fəaliyyəti dayandırmaq tövsiyə olunur. Rəsmilər deyirlər ki, dünya çempionatı yaxınlaşdıqca bu cür kibercinayətlər arta bilər, ona görə də azarkeşlər və istifadəçilər daha diqqətli olmalıdırlar


