Futbol akademiyaları üçün 5 ulduz sertifikatlaşdırma modeli müzakirə olunub
AFFA-nın inzibati binasında futbol akademiyalarının nümayəndələrinin iştirakı ilə 5 ulduz sertifikatlaşdırma modelinin ilkin müzakirə görüşü keçirilib "Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, Futbol İnkişaf Depar

AFFA-nın inzibati binasında futbol akademiyalarının nümayəndələrinin iştirakı ilə 5 ulduz sertifikatlaşdırma modelinin ilkin müzakirə görüşü keçirilib "Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, Futbol İnkişaf Departamentinin rəhbəri Sərxan Hüseynov və digər əməkdaşlar iştirak ediblər Tədbirdə modelin minimum tələblər, performans göstəriciləri, məqsədi, qiymətləndirmə metodologiyası və ulduz səviyyələrinin müəyyənləşdirilməsi qaydaları təqdim olunub. İştirakçılar sənədin ayrı-ayrı müddəaları ilə bağlı rəy və təkliflərini səsləndirərək müzakirələrdə iştirak ediblər. Bildirilib ki, model futbol akademiyalarının fəaliyyətinin vahid standartlar əsasında qiymətləndirilməsini, keyfiyyət göstəricilərinin artırılmasını və akademiyalar arasında davamlı inkişaf mühitinin formalaşdırılmasını hədəfləyir Müzakirələr zamanı səsləndirilən təkliflər sənədin yekunlaşdırılması prosesində nəzərə alınacaq. AFFA 5 Ulduz sertifikatlaşdırma modelinin tətbiqi ilə struktur, idarəetmə, təlim-məşq prosesi, oyunçu inkişafı və infrastruktur sahələrində keyfiyyət standartlarının təmin olunmasında akademiyalara dəstək mexanizmlərinin hazırlanmasını hədəfləyir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
Diğer Haberler

Böyük Britaniyada 2027-ci ildən 16 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadə qadağan ediləcək - Vlast analitik onlayn jurnalı

Qırğızıstan MDB-də ilk olaraq protezlərin 3D çapını işə saldı: artıq Akçabarda aylarla gözləmək lazım deyil
