Tenqri
Ana Səhifə
Dünya

Fuad Sadıqov: Sığorta məbləğinin ödənilməsinin dərhal tənzimlənməsi mümkün deyil

Kənd təsərrüfatında fermerlərə sığorta məbləğinin ödənilməsi məsələsi çox vacibdir. Aprel və mart aylarında baş verən sığorta hadisələri ilə bağlı müraciətlər daxil olub və bu müraciətlər üzrə ilkin ekspertizalar aparılıb Bu barədə AZƏRTAC-a açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr

0 baxışazertag.az
Fuad Sadıqov: Sığorta məbləğinin ödənilməsinin dərhal tənzimlənməsi mümkün deyil
Paylaş:

Kənd təsərrüfatında fermerlərə sığorta məbləğinin ödənilməsi məsələsi çox vacibdir. Aprel və mart aylarında baş verən sığorta hadisələri ilə bağlı müraciətlər daxil olub və bu müraciətlər üzrə ilkin ekspertizalar aparılıb Bu barədə AZƏRTAC-a açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib Onun sözlərinə görə, müqavilə bağlanarkən ilin əvvəlində bəyan edilən müəyyən məhsuldarlıq göstəricisi nəzərə alınır: “Mövsümün ortasında - mart və aprel aylarında hadisə baş verdikdə, biçinə bir neçə ay qalır və biz mütləq biçin tarixlərini gözləməliyik. Biçin vaxtı yekun, yəni ikinci ekspertiza aparılmalıdır ki, əvvəl proqnozlaşdırılan məhsul ilə hadisədən sonra əldə edilə biləcək məhsulun dəqiq müqayisəsi mümkün olsun. Çünki itkinin nə qədər olduğunu yalnız ikinci qiymətləndirmədən sonra tam müəyyən etmək mümkün olur” İdarə Heyətinin sədri qeyd edib ki, hadisə baş verən kimi dərhal sığorta ödənişinin tənzimlənməsi mümkün deyil: “Mütləq şəkildə həm ilkin, həm də biçinə (və ya meyvə yığımına) yaxın dövrdə yenidən qiymətləndirmə aparılmalıdır. Fermerlərin də bunu düzgün başa düşməsi üçün biz bu barədə dəfələrlə məlumat verir və maarifləndirmə tədbirləri keçiririk”,- deyə o qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler