Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir
Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşır və bu prosesdə Azərbaycan bilavasitə liderlik rolunu həyata keçirir. Hətta demək olar ki, Azərbaycan Prezidenti və Azərbaycan dövləti regionda yaranan yeni geosiyasi reallığın müəllifidir AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətləri

Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşır və bu prosesdə Azərbaycan bilavasitə liderlik rolunu həyata keçirir. Hətta demək olar ki, Azərbaycan Prezidenti və Azərbaycan dövləti regionda yaranan yeni geosiyasi reallığın müəllifidir AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM-in təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib Onun sözlərinə görə, hazırda diqqət mərkəzində olan əsas məsələlərdən biri Ermənistanda baş verən siyasi proseslər və son seçkilərin nəticələridir "Seçkilərin nəticələri Ermənistan cəmiyyətinin sülh və normallaşma prosesinin davam etdirilməsində maraqlı olduğunu göstərir. Azərbaycanın haqlı tələbləri və gözləntiləri isə dəyişməz olaraq qalır" BMTM sədri vurğulayıb ki, son günlər Ermənistan seçkilərindən sonra, xüsusilə Qərb mediasında Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbindən geri çəkilməsinin vacibliyi iddia olunur və bunun əsaslandırılması üçün Ermənistan rəhbərliyinin konstitusiya çoxluğuna malik olmaması arqument kimi göstərilir "Azərbaycan bütün məsələlərdə öz milli maraqlarını rəhbər tutaraq qərarlar qəbul edib və regionda yaranmış yeni geosiyasi vəziyyət də məhz bu prinsipial siyasətin nəticəsidir. Dayanıqlı sülhün əldə olunması üçün Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər və qanuni tələblər tam şəkildə təmin edilməlidir", - deyə F.Şəfiyev qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


