Fərid Şəfiyev: Azərbaycanın Ermənistanla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır
Azərbaycanın Ermənistanla normallaşma prosesi və sülh gündəliyi ilə bağlı gözləntiləri dəyişməyib və dəyişməyəcək. Azərbaycan rəhbərliyinin bu məsələyə baxışı aydın və birmənalıdır AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Ş

Azərbaycanın Ermənistanla normallaşma prosesi və sülh gündəliyi ilə bağlı gözləntiləri dəyişməyib və dəyişməyəcək. Azərbaycan rəhbərliyinin bu məsələyə baxışı aydın və birmənalıdır AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM-in təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib Onun sözlərinə görə, Ermənistanda mövcud hakimiyyətin normallaşma prosesini davam etdirmək istəyi müşahidə olunur "Ermənistanda hakim partiyanın mövqeyi ümumilikdə normallaşma və sülh gündəliyinin davam etdirilməsinə yönəlib. Lakin, Ermənistanın xarici siyasət kursu uzunmüddətli perspektivdə yalnız hazırkı siyasi rəhbərlik tərəfindən müəyyən edilməyəcək. Beş və ya on ildən sonra Ermənistanda fərqli siyasi qüvvələr və fərqli liderlər hakimiyyətə gələ bilərlər. Məhz buna görə də dayanıqlı və geri dönüşü olmayan sülh üçün Ermənistan cəmiyyətinin öz mövqeyini açıq şəkildə ifadə etməsi vacibdir", - deyə F.Şəfiyev bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


