Tenqri
Ana Səhifə
Siyasət

Fərhad Məmmədov: Cənubi Qafqazda inteqrasiyanın gücləndirilməsi üçün tam zəmin mövcuddur

Bu gün Cənubi Qafqazda regional inteqrasiyanın gücləndirilməsi üçün obyektiv zəmin mövcuddur Bu barədə "Report"un müxbirinin sualını cavablandırarkən "Sülh Körpüsü" təşəbbüsünün koordinatoru, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bu gün Qəbələdə Azərbaycan və Ermənistan və

0 baxışreport.az
Fərhad Məmmədov: Cənubi Qafqazda inteqrasiyanın gücləndirilməsi üçün tam zəmin mövcuddur
Paylaş:

Bu gün Cənubi Qafqazda regional inteqrasiyanın gücləndirilməsi üçün obyektiv zəmin mövcuddur Bu barədə "Report"un müxbirinin sualını cavablandırarkən "Sülh Körpüsü" təşəbbüsünün koordinatoru, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bu gün Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib "Hazırkı geosiyasi mənzərə Cənubi Qafqazda regional inteqrasiyanın baş tutması üçün əlavə impuls yaradır. İkitərəfli formatda vəziyyət yaxşı inkişaf edir. Əvvəllər Azərbaycan-Ermənistan formatı yox idi, lakin bu gün o da yaranıb", - o qeyd edib Onun sözlərinə görə, geosiyasi vəziyyət elə formalaşıb ki, Cənubi Qafqaz nəqliyyat-logistika baxımından cəlbedici olur: "Əlbəttə, infrastrukturun hazırlığı amili var. Bu baxımdan region ölkələrinin mövqeləri fərqlidir. Buna görə də bütün bunlar əlavə razılaşdırma tələb edir. Reallıqda dövlətlərin maraqları və inteqrasiya prosesində yerinə yetirməli olduqları funksiyalar var. Düşünürəm ki, bu funksiyaların razılaşdırılması prosesi müəyyən vaxt tələb edir. Lakin regional inteqrasiya prosesinin baş tutması üçün obyektiv şərait hələ də mövcuddur" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler