Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur
YARAT Müasir İncəsənət Məkanında açılan “Proqramlaşdırılmış izlər” qrup sərgisində Bolqarıstan incəsənətinin 7 nümayəndəsinin əsərləri nümayiş olunur. Ekspozisiyada dövrümüzün ən aktual və qlobal problemlərindən biri - texnologiyanın insan şüuruna təsiri məsələsi diqqət mərkəzinə gətirilib Bunu AZƏ

YARAT Müasir İncəsənət Məkanında açılan “Proqramlaşdırılmış izlər” qrup sərgisində Bolqarıstan incəsənətinin 7 nümayəndəsinin əsərləri nümayiş olunur. Ekspozisiyada dövrümüzün ən aktual və qlobal problemlərindən biri - texnologiyanın insan şüuruna təsiri məsələsi diqqət mərkəzinə gətirilib Bunu AZƏRTAC-a açıqlamasında “Proqramlaşdırılmış izlər” qrup sərgisinin kuratoru, sənətşünas Fırat Arapoğlu deyib Kurator qeyd edib ki, yeni texnologiyalar bir tərəfdən durmadan yeni vizual görüntülər istehsal edir, digər tərəfdən isə bu texnoloji sistemlər insanın dünyanı dərketmə və qəbuletmə formalarını köklü surətdə dəyişir, transformasiyaya uğradır: “Sərgidə fərqli nəsillərə, mədəni köklərə sahib olan 7 bolqar rəssam bu mövzunu öz fərdi bədii baxış bucaqlarından şərh ediblər. Onlar alqoritmlərin, süni intellektin və rəqəmsal manipulyasiyaların bizim reallığı qavramaq qabiliyyətimizi necə dəyişdiyini sənətin dili ilə araşdırmağa çalışıblar” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Media: ABŞ memorandum imzaladıqdan sonra İrana neft satmağa icazə verəcək

ABŞ-ın qüdrətli adları gizli cəmiyyətdə görüşüb, təfərrüatları açıqlanıb: “Nüvə silahını geri qaytarın”, “Start a Cult” mövzulu görüşlər, matchmaking xidmətləri... | T24
