Tenqri
Ana Səhifə
Dünya

Fransadakı alman bunkerləri baxımsız qalıb

Fransanın müxtəlif bölgələrində, xüsusilə qərb sahillərində və şimal-şərq sərhədlərinə yaxın ərazilərdə İkinci Dünya müharibəsi zamanı tikilmiş təxminən 8000 alman bunkeri hələ də mövcuddur. Möhkəm quruluşu və tarixi dəyəri ilə seçilən bu tikililər həm mədəni irs, həm də təhlükəsizlik problemi kimi

0 baxışazertag.az
Fransadakı alman bunkerləri baxımsız qalıb
Paylaş:

Fransanın müxtəlif bölgələrində, xüsusilə qərb sahillərində və şimal-şərq sərhədlərinə yaxın ərazilərdə İkinci Dünya müharibəsi zamanı tikilmiş təxminən 8000 alman bunkeri hələ də mövcuddur. Möhkəm quruluşu və tarixi dəyəri ilə seçilən bu tikililər həm mədəni irs, həm də təhlükəsizlik problemi kimi qiymətləndirilir AZƏRTAC xəbər verir ki, bu “blockhaus”lar ötən illərdə ciddi zərər görsə də, tamamilə dağılmayıb. Lakin bəzi hallarda onlar təhlükə yaradır. Jironddakı “Cap Ferret” yarımadasının çimərliyində yerləşən bunkerlər son fırtınalardan sonra aşma riski ilə üzləşib və bələdiyyə onları sahildən uzaqlaşdırmaq üçün təcili müdaxilə etməli olub. Bu əməliyyat texnika ilə həyata keçirilib və baha başa gəlib Şəhər meri bəzi təhlükəli bunkerlərin tam sökülməsinin mümkünlüyünü düşünsə də, bunun çox yüksək xərc - bir bunker üçün 150–200 min avro tələb etdiyi bildirilir Digər tərəfdən, En bölgəsinin Marjival kommunasında 22 bunker 110 hektar ərazidə yerləşir və burada problem eroziya deyil, baxımsızlıqdır. Tarixi baxımdan xüsusi əhəmiyyət daşıyan bu obyektlərdən biri hətta Adolf Hitler ilə hərbi rəhbərlərin gizli görüşünə ev sahibliyi etmiş keçmiş qərargah kimi tanınır Bələdiyyə başçısı bu irsin gələcəyi ilə bağlı bir neçə layihənin nəzərdən keçirildiyini, lakin onların hamısının çox baha başa gəldiyini bildirib. Buna görə idarəetmə könüllü bir assosiasiyaya həvalə edilib. Lakin ildə cəmi 800 avro subsidiya alan bu qurum, ildə təxminən 4000 ziyarətçi qəbul edən bu tarixi məkanı qorumaqda ciddi çətinlik çəkir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler