Tenqri
Ana Səhifə
Dünya

Fransada müdafiə sənayesi sahəsi gücləndirilir

Fransanın müdafiə sənayesinin perspektivli şirkətlərindən biri olan “Exail Technologies”in bazarda mövqeyi daha da güclənə bilər. Maliyyə analitiklərinin fikrincə, “Safran” şirkətinin Montluson şəhərindəki istehsal sahəsinə yatıracağı 120 milyon avroluq investisiya Ətalət Naviqasiya Sistemlərinə art

0 baxışazertag.az
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
Paylaş:

Fransanın müdafiə sənayesinin perspektivli şirkətlərindən biri olan “Exail Technologies”in bazarda mövqeyi daha da güclənə bilər. Maliyyə analitiklərinin fikrincə, “Safran” şirkətinin Montluson şəhərindəki istehsal sahəsinə yatıracağı 120 milyon avroluq investisiya Ətalət Naviqasiya Sistemlərinə artan tələbatı təsdiqləyir və “Exail Technologies” üçün müsbət perspektivlər yaradır AZƏRTAC xəbər verir ki, dəniz robot texnologiyaları və naviqasiya sistemləri üzrə ixtisaslaşan “Exail Technologies” son 18 ay ərzində birja dəyərini 8 dəfə artırıb “Safran” bu investisiya çərçivəsində yüksəkdəqiqlikli giroskopların istehsalını ildə 30 min ədədə çatdırmağı planlaşdırır. Bu texnologiyalar, xüsusilə, müdafiə sənayesində, raket sistemlərində və GPS siqnallarının maneələrə məruz qaldığı şəraitdə istifadə olunur “Exail Technologies” 2024–2028-ci illər ərzində istehsal gücünü 2 dəfə artıraraq, ildə təxminən 4 min naviqasiya sistemi istehsal etməyi hədəfləyir. Şirkət, xüsusilə, hərbi dəniz qüvvələri, pilotsuz dəniz vasitələri və quru müdafiə sistemləri üçün artan sifarişlərdən faydalanmağı planlaşdırır Analitiklər hesab edirlər ki, qlobal geosiyasi gərginliyin artması və müdafiə xərclərinin yüksəlməsi fonunda “Exail Technologies”in fəaliyyət göstərdiyi bazarlar uzunmüddətli inkişaf potensialını qoruyub saxlayır. “Safran”ın yeni investisiyası da bu tendensiyanın gücləndiyini göstərən mühüm siqnal kimi qiymətləndirilir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler