Tenqri
Ana Səhifə
Dünya

Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar

Fransada dəmiryol işçilərinin dörd əsas həmkarlar ittifaqının çağırışı ilə iyunun 10-da ümummilli tətil keçiriləcək. Bu tətilin ölkənin Dəmir Yolları Milli Şirkətinin (SNCF) şəbəkəsində genişmiqyaslı problemlərə səbəb olacağı, “TGV”, “Intercites”, “Ouigo” və digər regional qatarların hərəkətini poza

0 baxışazertag.az
Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar
Paylaş:

Fransada dəmiryol işçilərinin dörd əsas həmkarlar ittifaqının çağırışı ilə iyunun 10-da ümummilli tətil keçiriləcək. Bu tətilin ölkənin Dəmir Yolları Milli Şirkətinin (SNCF) şəbəkəsində genişmiqyaslı problemlərə səbəb olacağı, “TGV”, “Intercites”, “Ouigo” və digər regional qatarların hərəkətini pozacağı gözlənilir AZƏRTAC xəbər verir ki, çərşənbə günü qatarla səyahət etməyi planlaşdıran sərnişinlərə səfərdən əvvəl reyslərinin vəziyyətini yoxlamaq tövsiyə olunur. Dəmir yolu sektorunun əsas həmkarlar ittifaqları olan “Sud-Rail”, “UNSA”, “CGT” və “CFDT” tərəfindən elan edilmiş tətil SNCF-nin fəaliyyətinə ciddi təsir göstərəcək Tətilin əsas səbəbi SNCF-də həyata keçirilən struktur dəyişiklikləridir. Həmkarlar ittifaqları bildirir ki, şirkətdə aparılan yenidənqurma prosesləri dəmiryol işçiləri arasında ciddi sosial problemlərə səbəb olur İttifaqlar, həmçinin əməkhaqlarının artırılmasını tələb edir və bu məsələ ilə bağlı rəhbərliklə real danışıqların başlanmasını istəyir. “ Tələblərimiz məlumdur. Şirkət rəhbərliyi bu məsələlərə mümkün qədər tez cavab verməlidir”, – deyə həmkarlar ittifaqlarının birgə bəyanatında bildirilib SNCF isə tətillə bağlı müxtəlif xətlər üzrə gözlənilən dəyişikliklərə dair ilkin proqnozunu açıqlayıb. Məlumata görə, orta hesabla hər üç TGV reysindən biri ləğv olunacaq. Bu məhdudiyyətlər “TGV Inoui”, “Ouigo”, eləcə də “TGV Lyria” qatarlarına şamil ediləcək Tətilin regional nəqliyyata təsirinin isə daha ciddi olacağı bildirilir. SNCF-nin açıqlamasına əsasən, gündüz və gecə reysləri daxil olmaqla, “Intercites” qatarlarının yalnız yarısı hərəkətdə olacaq Bu səbəbdən “Transilien SNCF Voyageurs” və “Île-de-France Mobilites” qurumları imkan daxilində sərnişinlərə qatar səfərlərini təxirə salmağı tövsiyə edib Qeyd edək ki, Fransanın keçmiş Baş naziri Jan Kasteks 2025-ci ilin sonundan SNCF-yə rəhbərlik edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler