Fransada bütün tələbələr 1 avroya nahar edəcəklər
Srağagündən etibarən Fransada bütün ali məktəblərin tələbələri cəmi 1 avroya nahar edə biləcəklər 525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, indiyə kimi yalnız dövlətdən yardım alan kasib təbəqənin üzvlərinə şamil olunurdu Qərar hökümət orqanlarının apardığı sorğudan sonra verilib. Belə ki

Srağagündən etibarən Fransada bütün ali məktəblərin tələbələri cəmi 1 avroya nahar edə biləcəklər 525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, indiyə kimi yalnız dövlətdən yardım alan kasib təbəqənin üzvlərinə şamil olunurdu Qərar hökümət orqanlarının apardığı sorğudan sonra verilib. Belə ki, sorğunun nəticəsinə görə, kasıb hesab edilməyən minlərlə tələbənin maliyyə çatışmazlığı üzündən naharsız qaldığı məlum olub. Məhz bundan sonra haqsızlıq aradan qaldırılıb və proqram bütün tələbələrə aid edilib Yeri gəlmişkən, təhsil naziri Filipp Batist 2027-ci ildə sözügedən proqramın dəstəklənməsinə 120 milyon avro ayrılacağına söz verib


