Tenqri
Ana Səhifə
Dünya

Fransada bələdiyyə seçkisi ilə bağlı namizədlərin hədəfə alındığı açıqlanıb

Fransanın daxili işlər naziri Loran Nünez Milli Assambleyada çıxışı zamanı 2026-cı il bələdiyyə seçkisi çərçivəsində müəyyən siyasi namizədləri hədəf alan rəqəmsal informasiya əməliyyatının aşkarlandığını açıqlayıb AZƏRTAC xəbər verir ki, nazirin sözlərinə görə, bu əməliyyat çərçivəsində saxta oldu

0 baxışazertag.az
Fransada bələdiyyə seçkisi ilə bağlı namizədlərin hədəfə alındığı açıqlanıb
Paylaş:

Fransanın daxili işlər naziri Loran Nünez Milli Assambleyada çıxışı zamanı 2026-cı il bələdiyyə seçkisi çərçivəsində müəyyən siyasi namizədləri hədəf alan rəqəmsal informasiya əməliyyatının aşkarlandığını açıqlayıb AZƏRTAC xəbər verir ki, nazirin sözlərinə görə, bu əməliyyat çərçivəsində saxta olduğu açıq şəkildə görünən sosial media hesablarından, süni intellekt vasitəsilə yaradılmış və ya geniş yayılmış məzmunlardan, eləcə də saxta fotolardan istifadə olunub “Franceinfo”nun yaydığı məlumata görə, sözügedən əməliyyatın İsraildə fəaliyyət göstərən “BlackCore” şirkəti ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Bununla belə, hazırkı mərhələdə mümkün sifarişçilərin kimliyi müəyyən edilməyib Loran Nünez bildirib ki, hökumət bu məsələ ilə bağlı tam şəffaf davranıb və hədəf alınan siyasi təşkilata aşkar edilmiş məlumatlar barədə məlumat verilib Nazir, həmçinin qeyd edib ki, məsələ ilə bağlı hesabat ictimaiyyətə açıqlanacaq və artıq məhkəmə araşdırması başlanılıb Daxili işlər naziri hadisəni ciddi adlandıraraq, bunun mümkün xarici rəqəmsal müdaxilə xarakteri daşıya biləcəyini vurğulayıb Onun sözlərinə görə, aparılan əməliyyat qərəzli və zərərli xüsusiyyətlər nümayiş etdirib Hazırda seçki hakiminin qarşısında duran əsas məsələ bu fəaliyyətlərin seçkinin nəticələrinə təsir edib-etmədiyini müəyyənləşdirməkdir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler