Tenqri
Ana Səhifə
Dünya

Fransa Kaya Kallasın səlahiyyətlərinin artırılmasını təklif edib

Fransa Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) və onun rəhbəri Kaya Kallasın rolunun gücləndirilməsini təklif edib Bu barədə "Reuters" agentliyi iyunun 11-də Brüsseldə yayılmış və Aİ rəsmiləri ilə diplomatlarının mövqeyini əks etdirən sənədə istinadən məlumat yayıb Agentliyin məlumatına görə, is

0 baxışapa.az
Fransa Kaya Kallasın səlahiyyətlərinin artırılmasını təklif edib
Paylaş:

Fransa Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) və onun rəhbəri Kaya Kallasın rolunun gücləndirilməsini təklif edib Bu barədə "Reuters" agentliyi iyunun 11-də Brüsseldə yayılmış və Aİ rəsmiləri ilə diplomatlarının mövqeyini əks etdirən sənədə istinadən məlumat yayıb Agentliyin məlumatına görə, islahatlarla bağlı üç variant təklif olunub. İlk iki variant xarici siyasət alətlərinin ya Avropa Komissiyasının, ya da Avropa İttifaqı Şurasının nəzarətinə verilməsini nəzərdə tutur Üçüncü variant isə daha geniş institusional islahat çərçivəsində Kaya Kallasın səlahiyyətlərinin artırılmasını təklif edir Bu halda Kallas Avropa Komissiyasında “birinci icraçı vitse-prezident” statusu alacaq və xarici əlaqələr, ticarət və iqtisadi inkişaf daxil olmaqla bir sıra sahələrə cavabdeh komissar və departamentlərin fəaliyyətinə rəhbərlik edəcək Sənəddə qeyd olunur ki, bu dəyişikliklər Kallasın Avropa Komissiyasındakı rolunu əhəmiyyətli dərəcədə gücləndirəcək. Hazırda o, Komissiyanın altı icraçı vitse-prezidentindən biridir və bir neçə istiqamət üzrə səlahiyyətləri digər rəsmilərlə bölüşür

Kaynak: apa.az

Diğer Haberler