Tenqri
Ana Səhifə
Dünya

Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər

Fransa zərurət yaranacağı təqdirdə minatəmizləmə əməliyyatları üçün Hörmüz boğazına minaaxtaran gəmilər göndərməyə hazırdır AZƏRTAC xəbər verir ki, Fransanın müdafiə naziri Katrin Votren bu barədə TF1 telekanalının efirində deyib. Onun sözlərinə görə, hazırda Hörmüz boğazına yaxın sularda Fransanın

0 baxışazertag.az
Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər
Paylaş:

Fransa zərurət yaranacağı təqdirdə minatəmizləmə əməliyyatları üçün Hörmüz boğazına minaaxtaran gəmilər göndərməyə hazırdır AZƏRTAC xəbər verir ki, Fransanın müdafiə naziri Katrin Votren bu barədə TF1 telekanalının efirində deyib. Onun sözlərinə görə, hazırda Hörmüz boğazına yaxın sularda Fransanın minatəmizləmə əməliyyatlarını dəstəkləməyə hazır olan iki minaaxtaran gəmisi var Xatırladaq ki, bir müddət öncə İran və ABŞ Pakistanın vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırılması istiqamətində razılıq əldə edib. Sazişin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır. İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi 60 günlük atəşkəs zamanı tərəflərin digər məsələlərlə yanaşı, Tehranın nüvə proqramını da müzakirə edəcəklərini bildirib. Razılaşmaya əsasən, ABŞ iyunun 15-dən etibarən İranın dəniz blokadasına son qoyacaq, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatlar dərhal və birdəfəlik dayandırılacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler