Fransa Hörmüzdə gəmiçiliyin təhlükəsizliyini təmin etməyə hazır olduğunu açıqlayıb
Fransa Qırmızı dənizə “Şarl de Qoll” aviadaşıyıcısını göndərməklə Hörmüz boğazında təhlükəsizliyi təmin etməyə hazır olduğunu nümayiş etdirib. Bu barədə Yelisey Sarayının nümayəndəsi AFP-yə bildirib “Bu, təkcə Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə hazır olduğumuzun deyil, həm də buna qadir

Fransa Qırmızı dənizə “Şarl de Qoll” aviadaşıyıcısını göndərməklə Hörmüz boğazında təhlükəsizliyi təmin etməyə hazır olduğunu nümayiş etdirib. Bu barədə Yelisey Sarayının nümayəndəsi AFP-yə bildirib “Bu, təkcə Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə hazır olduğumuzun deyil, həm də buna qadir olduğumuzun siqnalıdır”, – deyə Makron administrasiyasının rəsmisi deyib Bununla yanaşı, Fransa həm ABŞ-a, həm də İrana çağırış edib. Paris hesab edir ki, Tehran Vaşinqtonun təklif etdiyi məzmunlu danışıqlara razılıq verməli, ABŞ isə Hörmüz boğazının blokadasını aradan qaldırmalı və İranın danışıqlara hazırlığına cavab verməlidir Fransa tərəfi qeyd edib ki, bu şərtlər yerinə yetirildikdən sonra “dəniz koalisiyası” boğazdan keçən gəmilərin təhlükəsizliyini təmin etmək üçün regionda fəaliyyətə başlaya bilər
Diğer Haberler

Qazaxıstanda çoxmənzilli binaların qızdırılması üçün qazın qiymətlərinin dövlət tənzimlənməsi tətbiq olunacaq - Vlast analitik onlayn jurnalı

Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
